Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevi haqlı olaraq alternativsiz lider kimi dəyərləndirir və qəbul edir

Məqsədini inkişaf və sabitlik, yolunu isə demokratiya və quruculuq prinsipləri əsasında müəyyənləşdirən Azərbaycan möhkəm təməllərə söykənən inkişaf yolunu seçmişdir

Əlverişli coğrafi vəziyyətinə, təbii sərvətlərinə və iqtisadi potensialına görə regionun lider dövlətinə çevrilən Azərbaycan Avrasiya məkanında reallaşdırılan transmilli enerji və nəqliyyat layihələrində, habelə, regional sülhün və təhlükəsizliyin təmin edilməsində həlledici rol oynayır. Bunların məntiqi nəticəsi kimi, ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi daha da möhkəmlənmişdir. Elə bunlara görədir ki, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı və böyük uğurlar qazanan ölkə kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur.

Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti bu seçkilərdə də Prezident İlham Əliyevə səs verəcəklərini bildirirlər

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 ildə respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkədə inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, gələcəkdə iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və gözlənilən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər dövlətimizin qarşısında duran prinsipial öhdəlikləri təşkil edir.

Məhz bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi səciyyələndirir. Bütün bu deyilənlər görədir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirir. Dünyanın mühüm sorğu mərkəzləri və nüfuzlu ekspertləri də öz qənaətlərində Prezident İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində alternativsiz namizəd olduğunu ifadə edirlər.

Bu gün müəyyən təşkilatlar daxilində birləşmiş insanlar, ayrı-ayrı vətəndaşlar dövlət başçısına olan etimadlarını birmənalı şəkildə nümayiş etdirirlər. Bunlar isə ona dəlalət edir ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxilində və beynəlxalq  miqyasda  qazandığı uğurlar nəinki təkcə Azərbaycan xalqı, həm də nüfuzlu  xarici analitik mərkəzlər, ekspertlər tərəfindən də yüksək qiymətləndirilir.

Keçirilən bütün rəy sorğularının nəticələri də onu bir daha sübut edir ki, Azərbaycan xalqı  öz gələcək xoşbəxtliyini bu siyasətdə görür. Prezident İlham Əliyev dünyada  da nüfuzlu, uzaqgörən lider kimi tanınır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu yaxınlarda Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsi müxtəlif təşkilatlar ölkəmizdə əhali arasında  sorğu keçiriblər. Məsələn, Fransanın Paris şəhərində yerləşən və sosial tədqiqatlar üzrə ixtisaslaşan “OpinionWay” təşkilatı və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi seçkilərlə bağlı mart ayında aparılan birgə sosioloji sorğunun nəticələrini açıqlayıb. Bildirilib ki, respondentlərin 83,4 faizi İlham Əliyevi seçib. Digər bir təşkilatın - “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin keçirdiyi rəy sorğusunda da ölkəmizdə 2018-ci il aprelin 11-də keçiriləcək Prezident seçkilərində edəcəkləri seçimi açıqlayan respondentlərin 84,1 faizi seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildiriblər. Bu qənaəti ABŞ-ın “AJF&Associates İnc.” təşkilatının və digər sosioloji araşdırmalar təşkilatlarının və mərkəzlərinin keçirdikləri rəy sorğuları da təsdiqləyir.

Beləliklə, bütün sorğuların nəticələri onu deməyə əsas verir ki, əvvəllər olduğu kimi, bu gün də Azərbaycan seçicisi Prezident İlham Əliyevə alternativ görmür, ötən prezidentlik dövründəki fəaliyyətini qənaətbəxş hesab edir və birmənalı olaraq növbəti prezidentlik müddətində ölkənin məhz onun rəhbərliyi altında olmasını istəyir. Bütün bunlara əsaslanaraq tam əminliklə demək olar ki, bu dəfəki prezident seçkilərində də seçicilər yenidən cənab İlham Əliyevə səs verib onu Prezident seçəcəklər. Çünki ötən müddətdə onun siyasi uzaqgörənliyi, idarəetmədəki qabiliyyəti sayəsində Azərbaycan iqtisadiyyatı sürətlə artmış, dünyada lider ölkə olmuşdur.

Aparılan sorğuların nəticələrində də qeyd olunduğu kimi, milli və bəşəri keyfiyyətlərə, liderliyə xas olan, öz ölkəsini respublikanın hüdudlarından kənarda  belə tanıdan, fəaliyyəti ilə beynəlxalq təhlükəsizliyə, münasibətlərə müsbət təsir göstərmək imkanlarına malik Prezident İlham Əliyev şəxsiyyətinə, siyasətinə ən böyük dividend qazandıran amil qlobal güclərin maraqlarını ölkəsinə yönəltməyi bacarmasıdır. Bütövlükdə, qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin fəaliyyətinin bu cür dəyərləndirilməsi, öndə olması Onun liderliyinin, praqmatik siyasətinin və səmərəli fəaliyyətinin göstəricisidir.

Yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir

Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq neçə illərdir ki, davam edir. Nəticə isə ondan ibarətdir ki, dünyanın güclü dövlətlərinin, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin, nüfuzlu beynəlxalq qurumların münaqişənin həllinə ikili standartlarla yanaşması nəticəsində Ermənistan hələ də 20 faiz torpaqlarımızı işğal altında saxlayır. Lakin həm Ermənistan, həm də onun işğalçılıq siyasətinə himayədarlıq edənlər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlara məhəl qoymur, onların icrasını təmin etmək əvəzinə mane olurlar. Bu da bir daha Azərbaycan dövlətinə və xalqına qarşı olan ikili standartlardan irəli gəlir.

Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti bu münaqişənin həlli üçün bütün resursları səfərbər edib. Çünki ölkə qarşısında duran vəzifələrin arasında, ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dayandığını daim önə çəkən Prezident dəfələrlə qeyd etmişdir ki, bizim mövqeyimiz prinsipialdır: “Mən bunu dəfələrlə bəyan etmişəm. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir. Bu münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapa bilər. Heç bir başqa variant nəzərdən keçirilmir. Heç bir başqa variant qəbul edilə bilməz”.

Əlbəttə ki, Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən hücum siyasəti nəticəsində Ermənistan bütün mövqelərdən zəiflədilib. 2016-cı ilin dördgünlük aprel döyüşləri, ordumuzun uğurları da bunu deməyə əsas verir. Artıq regionda bütün layihələrdən kənarda qalmış Ermənistan perspektiv planlardan da uzaqlaşdırılıb. Bu da o deməkdir ki, Ermənistan yaxın zamanlarda tamamilə çökəcək və Azərbaycan torpaqlarını tərk etməyə məcbur qalacaq. Azərbaycanın artan daxili və xarici gücü, ordu potensialımızın gündən-günə yeni mərhələyə qədəm qoyması, iqtisadi inkişaf kimi mühüm məsələlərin qələbəmizi şərtləndirən amillərdən olduğunu diqqətə çatdıran dövlət başçısı bu məsələni də həll edə biləcəyimizi əminliklə bildirərək vurğulayıb ki, Ermənistan tamamilə iflasa uğrayıb. Ermənistanda hakimiyyəti zəbt etmiş kriminal korrupsioner diktatura rejimi o ölkəni uçuruma aparır: “Bu ölkə terrorçu ölkəsidir və terrorçu, quldur üsul-idarəsi ilə idarə edilir. Belə olan halda nə qədər ki, indiki kriminal iqtidar orada rəhbərlikdədir, o qədər də tez Ermənistan tamamilə çökəcəkdir”.

Ermənistanın çöküşü fonunda isə Azərbaycan dövləti hərtərəfli şəkildə inkişaf edir, güclənir. Bu inkişaf isə özünü həm Azərbaycanın beynəlxalq miqyasda dəstəyinin artmasında, həm də siyasi-hərbi, sosial-iqtisadi baxımdan güclənməsində göstərir. Prezident İlham Əliyev deyib ki,  məhz buna görə və digər tərəfdən, artan gücümüz də bunu diktə edir ki, biz mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik: “Bizə qarşı aparılan kampaniyanın təməlində bir çox hallarda məhz bu münaqişə dayanır: Azərbaycanı zəiflətmək, ləkələmək, imicinə zərbə vurmaq ki, Qarabağ məsələsində bizdən güzəştlər qoparsınlar. Bu, keçməyəcəkdir. Çünki bizim işimiz haqq işidir və xalq da bizim siyasətimizi dəstəkləyir”.

Dövlətimizin başçısının iradəsi, konkret mövqeyi, o cümlədən tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər və ölkəmizin hərbi gücü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də ədalətli  həll edilməsində öz sözünü deyəcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bayrağı  Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada dalğalanacaq.

Qaçqın və məcburi köçkünlərin bu dəfəki seçimi də cənab İlham Əliyevdir!

Yeri gəlmişkən qeyd edək ki, hələ 2003-cü il oktyabrın 1-də, Baş nazir kimi prezident seçkiləri ərəfəsində  ilk görüşünü Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə məskunlaşan məcburi köçkünlərlə  keçirən cənab İlham Əliyev “Ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” - deyə, bəyan etmişdi. Ölkə başçısı verdiyi bu vədi də vaxtından bir il əvvəl yerinə yetirdi, məcburi köçkünlərin ağır çadır həyatına son qoyuldu. Onlar müasir standartlara uyğun, bütün sosial-texniki infrastrukturla təmin olunmuş yeni qəsəbələrə köçürüldülər. Sonra  fin tipli qəsəbələrin ləğvinə, bəzi ərazilərdəki məktəb və bağçalarda, ali təhsil müəssisələrinin yataqxanalarında, bir sıra tikintisi yarımçıq qalmış binalarda  və digər ağır məskunlaşma obyektlərindəki soydaşlarımızın köçürülmələrinə başlanıldı və bu işlər indi də uğurla davam etdirilir. Bütün bunlar isə özlüyündə daim  onların qayğıkeşinə çevrilən, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkənin mövcud iqtisadi imkanlarından maksimum istifadə edən cənab İlham Əliyevə bu soydaşlarımız arasında dərin inam və etibar yaratmışdır. Elə bunlara görədir ki, yaxşını yamandan ayırmağı, görülən işlərə dəyər verməyi bacaran qaçqın və məcburi köçkün soydaşlarımız bu seçkilərdə də cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bəyan etmişlər. 

Bütün bunlara  rəğmən o da vacib faktordur ki, bu gün hər bir vətəndaş respublikamızın ictimai-siyasi və iqtisadi həyatında fəal iştirak etməklə, baş verən prosesləri yaxından izləməli, ölkəmizin bütün sahələrdə qazandığı uğurlara sevinməklə yanaşı, bu uğurların qazanılmasına öz töhfələrini verməlidir. Çünki reallığa yüksək dəyər verən xalqımız bu gün Azərbaycanın böyük inkişaf yolunda olduğunu görür və qiymətləndirir. Cənab İlham Əliyev qeyd etmişdir ki, son illərin statistikası Azərbaycanın inkişafı barədə aydın təsəvvür yaradır. Buna görə də bir lider və şəxsiyyət kimi İlham Əliyev xarakterinin ən bariz xüsusiyyətlərindən biri sözünün sahibi olmasıdır. Azərbaycan xalqı qəti əmindir ki, onun Prezidenti vəd veribsə, sözsüz yerinə yetirəcək. “Azərbaycan xalqı xoşbəxt, firavan yaşamağa layiqdir və bundan ötrü əlimizdən gələni əsirgəməyəcəyik”- vədini də Prezident İlham Əliyev şərəflə yerinə yetirməkdədir.

Bu amillər onu deməyə əsas yaradır ki, bu gün Azərbaycanda mövcud olan uğurlu inkişaf, tərəqqi, insanların, daha ağır vəziyyətdə yaşayan qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi rifahı davamlı şəkildə təmin olunur. Bu gün Azərbaycan demokratik ölkə kimi daim irəliyə doğru gedir. Xalq çox yaxşı bilir ki, qazanılan uğurlar dövlət başçımızın məntiqli siyasətinin nəticəsidir. Prezident İlham Əliyev ötən 15 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir.

Azərbaycanın bugünkü iqtisadi uğurları, beynəlxalq aləmdə artan nüfuzu, bir sözlə, uğurlu siyasəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və qaçqın və məcburi köçkün probleminin də tezliklə öz müsbət həllini tapacağına inamı artırır. Ən başlıcası isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, eyni zamanda ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə müntəzəm qayğı və diqqət göstərmələri bir daha sübut edir ki, bu sahədə atılan hər bir addım, imzalanan fərman və sərəncamlar onların müxtəlif problemlərinin, xüsusən sosial-məişət problemlərinin həlli istiqamətində qarşıya ciddi vəzifələr qoymaqla yanaşı, həmçinin bu sahədə hərtərəfli tədbirlər həyata keçirilməsinə də şərait yaradıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq müxtəlif ərazilərdə yeni salınan və salınmaqda olan qəsəbələr, hündürmərtəbəli yaşayış binaları kompleksləri, Dövlət Proqramında və ona edilən əlavələrdə nəzərdə tutulan və artıq uğurla həyata keçirilən və keçirilməkdə olan digər tədbirlər də məhz deyilənlərin təsdiqidir.

Qaçqın və məcburi köçkün probleminin ən uğurlu həlli metodu Azərbaycandadır

Qeyd edək ki, digər sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərimizin əsasını qoyduğu siyasət bu gün ökə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə bunların nəticəsidir ki, ötən illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan bütün sosial-texniki infrastruktura malik 97 müasir tipli qəsəbə tikilib istifadəyə verilmiş 53 min ailənin, 265 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır ki, bundan da 49 min ailə, yaxud 245 min nəfər son 14 ilin payına düşür.

Ümumiyyətlə götürdükdə görülən bu cür genişmiqyaslı işlər, həyata keçirilən tədbirlər özlüyündə  bir daha sübut edir ki, qaçqın və məcburi köçkünlərimizin yaşayış səviyyəsinin yaxşılaşdırılması bu gün də Azərbaycan dövləti üçün prioritet olaraq qalır. Bütün sahələrdə dövlət siyasətinin məqsədyönlü şəkildə aparılmasının nəticəsidir ki, məcburi köçkünlərin problemlərinin həllində də uğurlu addımlar atılmış, ötən müddət ərzində onların problemlərinin həlli daim diqqət mərkəzində olmuşdur. Bütün bunlar isə Azərbaycan dövlətinin siyasətini, dövlət başçısının bu sahəyə gündəlik qayğısını özündə əks etdirir.

Məcburi köçkünlərimizin erməni işğalından ən çox əziyyət çəkən insanlar olduğunu dəfələrlə bəyan edən cənab Prezident  onu da vurğulamışdır ki, Azərbaycanda sosial siyasət uğurla aparılır, birinci növbədə ən böyük vəsait məcburi köçkünlərin problemlərinin həlli üçün nəzərdə tutulur və bütün bunlar artıq beynəlxalq aləmdə də etiraf olunur:  “İndi beynəlxalq qurumlar da bunu qeyd edir ki, Azərbaycanda bu məsələyə göstərilən diqqət və yanaşma bütün başqa ölkələr üçün də nümunədir. Çünki beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri, xarici dövlətlərin nümayəndələri vaxtaşırı qəsəbələrə gəlir, tanış olurlar. Xüsusilə qaçqınlarla bağlı məsələlərə cavabdeh olan şəxslər də birmənalı qaydada deyirlər ki, Azərbaycanda bu məsələ ən yüksək səviyyədə həll olunur. Yəni, belə evlər, belə qəsəbələr heç bir ölkədə tikilmir”.

Dünyada bir çox ölkələrdə qaçqın-köçkün problemlərinin mövcudluğunu, ancaq bu problemlərin ən uğurlu həlli metodunun Azərbaycanda olduğunu deyən Prezident xüsusilə vurğulayıb ki, Azərbaycanda bu məsələnin bu dərəcədə düşünülmüş qaydada həll edilməsi o ölkələr üçün də bir yol göstərir. Bu cür məsələlər belə həll olunmalıdır. Burada söhbət təkcə binaların tikintisi ilə məhdudlaşmır. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq - yardımlar, hər köçkünə ayrılan vəsait, iş yerləri: “Əhalinin sayını nəzərə alsaq ən çox qaçqın və köçkünü olan ölkə Azərbaycandır. Bizdə bir milyon qaçqın-köçkün var. Bu, doğrudan da böyük problemdir. Ancaq biz bu problemi həll edirik və həll edəcəyik. Ancaq yenə də deyirəm, bu, müvəqqəti bir məkandır. Şübhə yoxdur ki, biz o torpaqlara qayıdacağıq”.

Bəli, ölkə başçısı tərəfindən elə bir görüş, elə bir beynəlxalq tədbir yoxdur ki, orada qaçqın və məcburi köçkünlərin problemlərinə toxunulmasın, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən danışılmasın. Çünki bu gün bizim yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemidir. Azərbaycanın bugünkü iqtisadi uğurları, beynəlxalq aləmdə artan nüfuzu, bir sözlə, uğurlu siyasəti bu problemlərin də tezliklə öz müsbət həllini tapacağına inamı artırır.

Prezident İlham Əliyevin özünə və xalqına inamının vəhdətindən yaranan tərəqqi

Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası olduqca mühüm önəm daşıyır. Ölkəmiz heç bir qurumdan, dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi tendensiyası, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Digər tərəfdən, güclü, qüdrətli Azərbaycanın sürətli tərəqqisini şərtləndirən digər amil mütəmadi səciyyə daşıyan ictimai-siyasi sabitlikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, sabit bir ölkə kimi səciyyələndirilir. Ekspertlərin də qeyd etdikləri kimi, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir.

Bunlarla yanaşı, dövlət başçısının rəhbərliyi altında məqsədini inkişaf və sabitlik, yolunu isə demokratiya və qanunçuluq prinsipləri əsasında müəyyənləşdirən Azərbaycanda möhkəm təməllərə söykənən, ictimai-siyasi sabitliyi şərtləndirən digər bir faktor isə mütəmadi surətdə siyasi-hüquqi islahatların həyata keçirilməsidir. Belə ki, insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması, verilən sosial müavinətlərin, maaşların ilbəil artırılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da, Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir ki, bütün bunlar da ölkəmizin getdikcə artan nüfuzuna müsbət təsir göstərir.

Bütün bunlar həm də ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını təsdiq edir. Deyilənlər bir daha göstərir ki, siyasi hazırlığı, intellekt səviyyəsi, praqmatik düşüncəsi ilə dünya siyasətinin sayılıb-seçilən simalarından olan Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dəst-xətt Azərbaycanın daha böyük uğurlara çatmasına, ölkə vətəndaşlarının sosial müdafiəsinin, firavan, rahat həyat tərzinin daha da yüksəlməsinə xidmət edir.

Bəli, Prezident seçildiyi gündən taleyüklü problemlərin həllinə daha çox diqqət yetirən cənab İlham Əliyev Azərbaycanın daha böyük uğurlara nail olacağını əminliklə ifadə etmişdir. “Biz xalqla birlikdə Azərbaycanı inkişaf etdirəcəyik, ölkəmizi zəngin və qüdrətli dövlətə çevirəcəyik”. Son illərdə əldə olunmuş nailiyyətlər, ölkəmizin iqtisadi inkişaf tempinə görə ən qüdrətli dövlətlərlə eyni səviyyəyə yüksəlməsi Prezident İlham Əliyevin özünə və xalqına inamının vəhdətindən yaranan tərəqqidir. Xalqımız isə bunu yaxından dərk edərək İlhamla İlhamlı sabaha doğru inamla addımlayır!

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993