BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilmişdir.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov martın 30-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi qəbul etmişdir.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu və bu əlaqələrin bu gün də uğurla davam etdirildiyi vurğulanıb.
Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışan Baş nazirin müavini Əli Həsənov Azərbaycanın bütün ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı, ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyini deyib.
Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı cənab Prezidentin imzaladığı Sərəncamın, məcburi köçkünlərin öz doğma yurdlarına geriyə qayıtmasının böyük tarixi əhəmiyyət kəsb etdiyini deyən Furio de Angelis kənd sakinlərinin geriyə qayıdışından sonra BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi tərəfindən 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən qiymətləndirmənin nəticələri üzrə fəaliyyətindən danışmışdır.
Görüşdə Furio de Angelis gələcəkdə məcburi köçkünlərlə bağlı bir sıra layihələrin həyata keçirilməsini planlaşdırdıqlarını bildirdi.
BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi ölkəmizdə fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olduğunu deyən Əli Həsənov gələcəkdə nəzərdə tutulan layihələrlə bağlı öz tövsiyyələrini bildirdi.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993