Məcburi köçkünlərə dövlət qayğısının daha bir təzahürü

Cənab Prezidentin imzaladığı növbəti Sərəncam bütün məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanır

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev fevralın 21-də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında”  sərəncam imzalayıb.

Bu sərəncam ölkə başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür. Eyni zamanda bu, bir daha sübut edir ki, həmin təbəqədən olan soydaşlarımızın sosial problemlərinin həllini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən ölkəmizin başçısı məcburi köçkünlərin problemlərinin həllini, xüsusilə sosial şəraitlərinin yaxşılaşdırılmasını həmişəki kimi, bu gün də diqqət mərkəzində saxlayır, bu məsələlərə daim qayğı ilə yanaşır və onların həlli ilə bağlı zəruri tədbirlər görür.  Bütün bunlara görədir ki, dövlət başçısının bu humanist addımı bütün məcburi köçkünlər tərəfindən yüksək qiymətləndirilir və ölkə başçısının bu sərəncamı da onlara hərtərəfli dövlət qayğısının təzahürü kimi dəyərləndirilir.

Düzdür, indiyədək qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısı tərəfindən böyük işlər görülüb və görülməkdədir. Ona görə də biz məcburi köçkünlərin üzləşdikləri çətinliklərin aradan qaldırılması, doğma ocaqlarımıza qayıdanadək bu istiqamətdə daim zəruri tədbirlərin görülməsi və bunların davamlı xarakter alması təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də təqdir olunur.

Belə ki, ölkəmizin Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi istiqamətində atdığı mütəmadi addımlar, imzaladığı fərman və sərəncamlar olduqca mühüm önəm daşıdığından bunun müsbət nəticələri məcburi köçkünlərin həyatında da özünü büruzə verməkdədir. Ölkə Prezidentinin məcburi köçkünlərə xüsusi diqqət ayırması həmçinin dövlətimizin iqtisadi qüdrətinin bariz göstəricisidir və bütün bunlar bir daha sübut edir ki, qaçqın və məcburi köçkünlərə diqqət və qayğı ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında dayanır.

Ölkə vətəndaşları, biz qaçqın  və məcburi köçkünlər aparılan davamlı və hərtərəfli islahatların səmərəsini bundan sonra da gündəlik həyatımızda hiss edəcəyik. Ən başlıcası isə bizlərə gündəlik qayğı və diqqətinə cavab olaraq cənab Prezidentin ətrafında sıx birləşən və onun siyasətini ürəkdən dəstəkləyən bütün məcburi köçkünlər də daxil olmaqla Azərbaycan xalqı inanır ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapacaq və ölkə Prezidentinin fərmanları, sərəncamları məhz işğaldan azad ediləcək şəhər və kəndlərimizin abadlaşdırılmasını özündə ehtiva edəcək.

Bütün məcburi köçkünlər əmindirlər ki, cənab Prezidentin rəhbərliyi altında bu gün ərazilərimizin işğaldan azad edilməsinin və bərpasının bir modeli kimi artıq dünyada tanınan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi kimi, bizim də işğal altında qalan yurdlarımız işğaldan azad olunacaq və biz orada rahat yaşamaq imkanı əldə edəcəyik. Lakin buna qədər biz məcburi köçkünlər üçün görülən tədbirlər göz  önündədir. Bunun daha bir real təsdiqi isə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin növbəti sərəncamı oldu.

 

Sahib MƏMMƏDOV,

məcburi köçkün, pedaqoq

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993