Məcburi köçkünləri narahat edən məsələlərin həlli diqqət mərkəzindədir

Müxtəlif ərazilərdə məskunlaşmış məcburi köçkünlərin noyabrın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti ənənəvi qəbulu da, həmişə olduğu kimi, dövlət başçısının qarşıya qoyduğu tələblər səviyyəsində aparılmış, bu təbəqədən olan soydaşlarımızın qayğı və problemləri diqqətlə dinlənilmiş, onları narahat edən məsələlərə hərtərəfli aydınlıq gətirilmişdir.

İlk növbədə əsasən “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəbələrə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli qərarı ilə orta aylıq (dondurulmuş) əmək haqqı ilə təmin olunan məcburi köçkünlərə edilən ödənişlərin icra müddətinin uzadılmaması və digər bu kimi məsələlərlə bağlı növbəti dəfə kollektiv müraciət edən məcburi köçkünlər həmin gün yenidən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tərəfindən qəbul olunub. Bu məsələ ilə bağlı müraciət edənlərlə dəfələrlə olduğu kimi bu dəfə də hərtərəfli söhbət aparılaraq məsələyə aydınlıq gətirilib və onlara lazımi izahatlar verilib. 

Sonra həmin gün məcburi köçkünlərin Komitə rəhbərliyi tərəfindən qəbulu işinin təkmilləşdirilməsi məqsədilə Dövlətqaçqınkomun sədrinin imzaladığı müvafiq sərəncama uyğun olaraq aparılan qəbulda Komitə sədrinin müavinləri Gəray Fərhadov və Fuad Hüseynov müxtəlif məsələlərlə, o cümlədən mənzil, qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa, işədüzəlmə və digər bu kimi məsələlərlə bağlı kollektiv və fərdi qaydada müxtəlif məskunlaşma obyektlərindən və bölgələrdən qəbula gələn çoxsaylı məcburi köçkünlərlə ümumilikdə görülən işlər, qarşıda duran vəzifələrlə əlaqədar söhbətlər aparmış, onları ayrı-ayrılıqda dinləyərək problemləri ilə yaxından tanış olmuş, edilən müraciətlər, narahatlıq doğuran məsələlərlə bağlı onlara hərtərəfli izahat vermişlər.

Qeyd edək ki, bu dəfə də qəbula gələn məcburi köçkünlərin əksəriyyətinin mücariətləri mənzillə bağlı olduğundan onların diqqətinə bir daha çatdırılmışdır ki, bu məsələ ötən illərdə olduğu kimi cari ildə də dövlət başçısının və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzində saxladığı prioritet istiqamətləndəndir ki, bu sahədə də son vaxtlar ələ alınan tədbirlər, Birinci vitse-prezidentin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən və keçirilməkdə olan geniş miqyaslı layihələr deyilənləri özlüyündə bir daha təsdiqləməkdədir.

Bütün bunları diqqətə çatdıran Komitə sədrinin müavini G.Fərhadov həmçinin bildirmişdir ki, ilkin mərhələdə daha ağır və qəzalı məskunlaşma obyektlərində məskunlaşan soydaşlarımızın yeni mənzillərə köçürülməsi layihəsi ilə bağlı Birinci vitse-prezidentin tapşırığı ilə həyata keçirilən tədbirlər ardıcıllıqla, mərhələli şəkildə davam etdirilir. Belə ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı və təşəbbüsü ilə salınan yeni yaşayış komplekslərinin və müxtəlif ərazilərdəki binaların istifadəyə verilməsi, həmçinin Bakı və Sumqayıt şəhərləri ərazisində inşa olunmuş binalardan hazır mənzillər alınması yolu ilə yaxın vaxtlarda bu gün dözülməz şəraitdə yaşayan məcburi köçkünlərin də problemləri öz həllini tapacaq.

 Bütün bunları məcburi köçkünlərin problemlərinin həllinin, xüsusilə mənzil-məişət şəraitlərinin gələcəkdə də yaxşılaşdırılması istiqamətində dövlət başçısının və Birinci vitse-prezidentin bu sahəyə gündəlik qayğısının bariz təcəssümü olduğunu qeyd edən Komitə sədrinin müavini bu məsələ ilə bağlı müraciətlərə hərtərəfli aydınlıq gətirərək bir daha bildirmişdir ki, bu istiqamətdə dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında işlər cari ildə də uğurla davam etdirilir və daha ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin də mənzil-məişət şəraitləri mərhələli şəkildə yaxşılaşdırılacaqdır.

Dövlətqaçqınkomun şöbə və departament müdirlərinin, Bakı şəhəri üzrə sektor müdirlərinin, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları müavinlərinin də iştirak etdiyi qəbulda ərizə və şikayətlərdə, edilən müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digər müraciətlər isə qısa müddətdə araşdırılaraq qanunauyğun şəkildə müvafiq tədbirlər görülməsi üçün Komitənin müvafiq strukturlarına ünvanlanmış, konkret tədbirlər ələ alınması məqsədilə tapşırıq və tövsiyyələr verilmişdir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993