Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

       Bildiririk ki, “Palitika.az” xəbər portalının rəhbəri, əslən  Ağdam rayonundan olan  Xəyyam Salmanzadə  mütəmadi olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə xələl gətirməyə hesablanmış şər-böhtan, qərəzli  və şantaj xarakterli yazılar yayır.

     Xəyyam Salmanzadə həmçinin məcburi köçkünlər üçün salınmış qəsəbələrə getmiş, orada məcburi köçkünlər arasında siyasi sabitliyi pozmaq, təbliğat aparmaqla  dövlətə qarşı süni şəkildə narazılıq yaratmaq və s. kimi hallara xidmət edən təxribatçı hərəkətlərə  yol vermiş və sakinləri bu işə cəlb etməyə cəhd göstərmişdir.

      Qeyd etmək istəyirik ki, bütün bunlarla yanaşı Xəyyam Salmanzadə şəhid ailəsi kimi dövlət tərəfindən Bərdə rayonu ərazisində ona verilmiş 3 otaqlı mənzili başqa bir vətəndaşa qeyri-qanuni olaraq sövdələşmə yolu ilə vermişdir.Lakin tərəfimizdən Xəyyam Salmanzadəyə bunun qanunsuz olduğu və lazımi tədbirin görüləcəyi bildirilmişdir.

       Xəyyam Salmanzadənin qanunsuz istəyi baş tutmadığı üçün  bunlara cavab olaraq Komitənin nüfuzdan salınması üçün hər cür hərəkətlər edəcəyini  bildirmişdir.

       Onu da qeyd etmək istəyirik ki, “Palitika.az” xəbər portalının rəhbəri Xəyyam Salmanzadənin müxtəlif dairələr tərəfindən idarə olunduğu da artıq bizə məlumdur.

       Əlavə olaraq bildiririk ki, Xəyyam Salmanzadə əvvəllər iki xəbər portalının sahibi olub  və reketçilik etdiyi üçün həmin xəbər portalları bağlanıb.İndi isə “Palitika.az”  xəbər portalı ilə reketçiliyini davam etdirir.

       Bütün  bunları nəzərə alaraq,  “Palitika.az”  xəbər portalı və onun rəhbəri ölkəmizdə olan ictimai-siyasi sabitliyi pozmaq və məcburi köçkünlər arasında  bu cür təxribatçı hərəkətlər  etdiyi üçün Azərbycan Mətbuat Şurası və aidiyyəti hüquq mühafizə orqanları tərəfindən lazımı tədbirlərin görülməsini xahiş edirik.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993