Yeni yaşayış kompleksinin ətrafı da abadlaşdırılır

Tərtər rayonu ərazisində, Tərtər-Şıxarx avtomobil yolunun kənarında 1170 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə salınan və artıq istifadəyə hazır vəziyyətə gətirilən yeni yaşayış kompleksinin və Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Dövlətqaçqınkom tərəfindən bərpası davam etdirilən, erməni yalanlarının ifşasında tutarlı dəlil olan “Marağa-150” abidəsinin ətrafında geniş abadlıq-quruculuq, yaşıllaşdırma işləri aparılır.

Belə ki, ümumi uzunluğu 4150 metr olan bu avtomobil yolunun hər iki tərəfində genişlənmə və yaşıllaşdırma işləri aparılır, əraziyə münbit torpaq daşınaraq burada ağac və dekorativ kollar salınır. Cəmisi bir neçə gün ərzində yolboyu 8 mindən çox Eldar şamı, 5 min meyvə ağacı, 700 min dekorativ kol əkilib ki, bunlar da istər rayonun ümumi görünüşünə, istərsə də yeni salınan yaşayış kompleksinə xüsusi gözəllik verir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993