Sergey Lavrov Kəlbəcərli girovlarımızın tezliklə azad edilməsinə çağırdı

Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevi tezliklə azad etməyə çağırıb.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bazeldə keçirdiyi mətbuat konfransında bildirib. Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması və Rusiyanın bu məsələdəki mövqeyi barədə suala cavabında S. Lavrov bildirib ki, Moskva girovların qaytarılmasını və ya dəyişdirilməsini istəyir.

“Azərbaycan və Ermənistan prezidentləri 2010-cu ildə Həştərxan görüşündə imzaladıqları sənədlə əsirlərin mübadiləsində mexanizm yaratmaq barədə öhdəlik götürüblər. Biz prezidentləri bu öhdəlikləri yerinə yetirməyə çağırırıq”, - deyə S. Lavrov vurğulayıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993