Məcburi köçkünləri narahat edən məsələlərin həlli diqqət mərkəzindədir

Müxtəlif ərazilərdə məskunlaşmış məcburi köçkünlərin sentyabrın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti ənənəvi qəbulu da, həmişə olduğu kimi, dövlət başçısının qarşıya qoyduğu tələblər səviyyəsində aparılmış, bu təbəqədən olan soydaşlarımızın qayğı və problemləri diqqətlə dinlənilmiş, onları narahat edən məsələlərə hərtərəfli aydınlıq gətirilmişdir.

Dövlətqaçqınkomun sədrinin müavini Fuad Hüseynov müxtəlif məsələlərlə, o cümlədən mənzil, qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa, işədüzəlmə və digər bu kimi məsələlərlə bağlı kollektiv və fərdi qaydada müxtəlif məskunlaşma obyektlərindən və bölgələrdən qəbula gələn məcburi köçkünlərlə ümumilikdə görülən işlər, qarşıda duran vəzifələrlə əlaqədar söhbətlər aparmış, onları ayrı-ayrılıqda dinləyərək problemləri ilə yaxından tanış olmuş, edilən müraciətlər, narahatlıq doğuran məsələlərlə bağlı onlara hərtərəfli izahat vermişdir.

Qeyd edək ki, əvvəlki qəbullardan fərqli olaraq bu dəfəki qəbul “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qaçqınların, məcburi köçkünlərin və digər vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi haqqında” Dövlətqaçqınkomun sədrinin bu günlərdə imzaladığı sərəncama uyğun şəkildə həyata keçirilmişdir. Belə ki, qaçqınların, məcburi köçkünlərin və digər vətəndaşların Komitə rəhbərliyi tərəfindən qəbulu işinin təkmilləşdirilməsi məqsədilə bu sərəncama uyğun olaraq onların bir gün əvvəl Komitənin məsul şəxslərindən təşkil edilmiş komissiya tərəfindən qəbul edilərək növbəlilik əsasında siyahıya alınması məqsədəuyğun hesab edilmişdir ki, bu da düzgün növbəlilik sisteminin tənzimlənməsinə, qəbul prosesinin daha səmərəli aparılmasına, qəbula gəlmiş şəxslərin operativ qaydada qəbuluna şərait yaratmışdır. 

Dövlətqaçqınkomun şöbə və departament müdirlərinin, Bakı şəhəri üzrə sektor müdirlərinin, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları müavinlərinin də iştirak etdiyi qəbulda ərizə və şikayətlərdə, edilən müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digər müraciətlər isə qısa müddətdə araşdırılaraq qanunauyğun şəkildə müvafiq tədbirlər görülməsi üçün Komitənin müvafiq strukturlarına ünvanlanmış, konkret tədbirlər ələ alınması üçün tapşırıq və tövsiyyələr verilmişdir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993