Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi telekommunikasiya xidmətləri ilə təmin olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Cocuq Mərcanlıda Şahəddin Hüseynovun evində olub, ailəyə telefon aparatı, modem, noutbuk hədiyyə ediblər. Ailə telefon və internet abunə haqqından azad edilib.

Məlumat verilib ki, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kəndə 10 kilometr məsafədən optik kabel çəkilib, 64 nömrə tutumlu elektron Avtomat Telefon Stansiyası (ATS), kənd daxilində telefon kabellərin yeraltı çəkilişi üçün kabel-kanalizasiya qurğuları quraşdırılıb, 1200 metrədək məsafədə daxili şəbəkə qurulub. Cocuq Mərcanlıda inşa edilən 50 yeni evin hamısı, həmçinin məktəb telefonlaşdırılıb, internetlə təmin edilib.

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Suat Paşayev jurnalistlərə müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq yenidən qurulan Cocuq Mərcanlıda əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması işləri yekunlaşıb. Burada ən son texnologiyalardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulmuş ATS-in tutumu gələcəkdə tikiləcək evlərin sayına uyğun olaraq artırılacaq.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993