Fransalı senator: Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil, işğaldır

Beynəlxalq ictimaiyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün cəsarət və iradənin olmaması yenə də azərbaycanlıların qanının axıdılmasına səbəb oldu.

Bunu Fransa senatoru, Senatın Xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.

N.Qule qeyd edib: “Ölkə öz ərazilərinin 20 faizinin qeyri-qanuni işğalına nə vaxta qədər dözməlidir? Hələ nə qədər ölüm faktı olacaq?”

Senator ölənlərin ailələrinə, həmçinin öz torpaqlarını azad etmək uğrunda cəsarətlə mübarizə aparan Azərbaycan xalqına başsağlığı verib: “Mən qaçqın və məcburi köçkünlərlə həmrəy olduğumu bildirirəm və onları əmin edirəm ki, biz problemin həlli üzərində işləyəcəyik”.

Onun sözlərinə görə, artıq hamı Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olması barədə eşitməkdən yorulub: “Bu, dondurulmuş münaqişə deyil, işğaldır”. Fransalı senator həmçinin qeyd edib ki, Bakının bəyan etdiyi kimi, Ernənistana qarşı sanksiyalar, nəhayət, tətbiq edilməlidir:

“Hesab edirəm ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasını bu vəziyyətin müzakirə edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə təcili iclas keçirməyə çağırmalıdır”.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993