Xocalılı gənclər Cocuq Mərcanlıda Oqtay Həziyevin qonağı olublar

Xocalıdan olan bir qrup gənc Xocalı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının dəstəyi, YAP Xocalı rayon Gənclər Birliyinin təşəbbüsü ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

“Cocuq Mərcanlıdan Xocalıya” devizi ilə həyata keçirilən səfərdə gəncləri doğma torpağı tərk etməyərək 20 ildən çoxdur kənddə yaşayan yeganə ailənin başçısı Oqtay Həziyev qarşılayıb.

Gənclər Oqtay Həziyevin evində qonaq olublar. Uzun illərdən sonra ilk qonaqlarını qarşılayan kənd sakininin mənzilində xoş duyğular yaşanıb. Tezliklə Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına və bu cür görüşlərin digər rayonlarımızda da keçiriləcəyinə əminlik ifadə edilib.

Sonra qonaqlar yeni bərpa edilən Cocuq Mərcanlı ilə tanış olublar. Cocuq Mərcanlı kəndində inşa olunan Şuşa məscidinə oxşar məscid ziyarət edilib. Qəsəbədə yeni tikilən evlərə baxış keçirilib.

Xocalı şəhər 3 nömrəli musiqi məktəbinin nəzdində yaradılan ansamblın müşayiəti ilə şən mahnılar oxunub. Qəsəbədən Lələtəpə yüksəkliyi qürur hissi ilə seyr edilib.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993