Münaqişənin yoluna qoyulmasında əsas maneə Rusiya olaraq qalır

Pol Qobl: «Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan vermədi»

“2001-ci ildə Ki-Uest sammitində Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişənin həllinə heç vaxt olmadığı qədər yaxınlaşmışdı”.

Bu barədə “Pol Qobl planının” müəllifi məşhur amerikalı politoloq Pol Qobl deyib.

Onun sözlərinə görə, tərəflər münaqişənin, demək olar, həllinə nail olublarmış: “İrəli sürülən sənədlər bu münaqişə ilə bağlı mənim çıxış etdiyim məqalə ilə olduqca uyğun idi. Prezidentlər Heydər Əliyev və Robert Köçəryan münaqişənin həllində maraqlı idilər və xalqlarının taleyini düşünürdülər. Lakin kənar müdaxilə son nəticəni əldə etməyə imkan vermədi. Kənar müdafiə Rusiya idi. Bu ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan vermədi. Bu da məlum məsələ idi. Regionda münaqişənin həll olunmamış forması Moskva üçün strateji baxımdan əhəmiyyətlidir. Çünki bu bölgəyə nəzarət etmədən Qafqazın Şimalını idarə etmək çətin  olar”.

Lakin P. Qobl indi həmin yanaşmasının münaqişənin həllinə heç bir kömək etməyəcəyini bildirib.

Qeyd edək ki, Pol Qobl 1990-cı illərdə ABŞ dövlət katibinin xüsusi köməkçisi vəzifəsini daşıyıb. O, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın Mehri rayonunu Dağlıq Qarabağ və “Laçın dəhlizi” ilə dəyişdirməyi təklif edirdi. Bu ən uyğun variant olsa da, nəticə əldə olunmadı.

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993