Əcnəbi tələbələrin də Cocuq Mərcanlıya səfəri təşkil olunub

Aprelin 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər həyata keçirilib. Səfərdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycanın ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbə və media nümayəndələri iştirak edib.

F. Qurbanov əcnəbi tələbələrə Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verib. Cocuq Mərcanlıda ermənilər tərəfindən törədilən vəhşiliklər haqda danışan nazir müavini bildirib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib: “Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel döyüşlərinə qədər Lələ təpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb”.

F. Qurbanov qeyd edib ki, işğal nəticəsində Cocuq Mərcanlı kəndində 1 məktəb, 1 kitabxana dağıdılıb.

İştirakçılara Azərbaycan prezidentinin sərəncamına müvafiq olaraq Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən tədbirlər, ərazidə aparılan minadan təmizləmə və tikinti işləri ilə bağlı məlumat verilib.

İştirakçılar Cocuq Mərcanlıda yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə də tanış olublar. Məlumat verilib ki, 150 şagirdin təhsil alacağı məktəbin tikintisinə bu ilin fevralında başlanılıb.

20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə də baş çəkilib.

Səfər iştirakçıları kənddə ağac əkiblər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993