Ağdam rayonunda məcburi köçkün ailələr üçün evlərin tikintisinə başlanılıb 8 yaşayış məntəqəsində 20 ev tikiləcək

Ağdam rayonunda qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələr üçün evlərin tikintisinə başlanılıb. Tikinti işləri Prezident İlham Əliyevin Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2016-cı il 7 dekabr tarixli Sərəncamına əsasən aparılır.

Sərəncama əsasən rayonun 8 yaşayış məntəqəsində 20 ev tikiləcək. Evlərin 2-si iki, 17-si üç, 1-i isə dördotaqlıdır. Artıq evlərin bünövrəsinin qazılmasına başlanılıb. Tikinti işlərinin bir neçə ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Məcburi köçkünlər yeni mənzillərin inşa edilməsini Prezident İlham Əliyevin onlara olan diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər. Rayonun Qaradağlı kəndində məskunlaşan məcburi köçkün Elxan Əliyev deyib: "Uzun illərdir uşaq bağçasında məskunlaşmışıq. İndi isə bizim üçün yeni evlərin tikintisinə başlanılıb. Tezliklə ailəmizlə birlikdə yeni mənzildə yaşayacağıq. Qayğımıza qaldığı üçün Prezidentimizə minnətdarlığımı bildirirəm".

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993