Məcburi köçkünlərin nəzərinə

Vahid aylıq müavinətin və kommunal xidmət təşkilatlarına ödənişlərin mart ayında iki aylığın birdəfəlik verilməsi nəzərdə tutulur

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 fevral tarixli 1243 nömrəli Fərmanında yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinə, kommunal xidmət təşkilatlarına göstərilən obyektlərdə faktiki yaşayan məcburi köçkünlərin adlı siyahılarını hazırlayaraq Dövlətqaçqınkoma təqdim etmələri tapşırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilir ki, həmin siyahıların hazırlanması və dəqiqləşdirilməsi prosesi daha çox vaxt apardığından məcburi köçkünlərə fevral ayında veriləcək vahid aylıq müavinətin və kommunal xidmət təşkilatlarına ödənişlərin mart ayında iki aylıq verilməsi nəzərdə tutulur.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993