Biləsuvar rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbənin qazlaşdırılması başa çatmaq üzrədir

Məcburi köçkünlərin sosial problemlərinin həllini dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məqsədlə imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələr uğurla icra olunmaqdadır.

Belə ki, Müntəzəm dövlət qayğısı ilə əhatə olunan məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin, onlara göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması, digər sahələrdə ehtiyaclarının ödənilməsi məqsədilə həyata keçirilən tədbirlər də məhz onların sosial müdafəsinin gücləndirilməsinə istiqamətlənmiş zəruri addımlardandır. Bu baxımdan məcburi köçkünlərin kompakt məskunlaşdıqları ərazilərin təbii qazla təmin olunması sahəsində aparılan işlər də onlara dövlət qayğısının nəticəsidir. Hazırda Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 11 qəsəbənin qazlaşdırılması işləri başa çatmaq üzrədir.

Xatırladaq ki, Biləsuvar rayonu ərazisindəki həmin qəsəbələrdə 4456 ailə və ya 18 min 537 nəfər məskunlaşıb. Qəsəbələrin hər birində orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzləri və digər zəruri sosial-texniki infrastruktur məcburi köçkünlərin istifadəsindədir. Eyni zamanda 3 saylı qəsəbədəki mərkəzi xəstəxana, 7 saylı qəsəbədəki mədəniyyət evi sakinlərə hərtərəfli xidmət göstərir. Cəbrayıl rayonunun bütün icra strukturları, hüquq-mühafizə orqanları, tibb, təhsil, sosial-müdafiə şöbələri də öz fəaliyyətlərini burada uğurla davam etdirirlər. Bir-birindən yaraşıqlı bu qəsəbələr bu gün abad bir şəhəri xatırladır.

İndiyədək hər cür şəraiti olan bu qəsəbələrin təbii qazla təmin edilməsinin vacibliyini nəzərə alan dövlətimizin başçısının müvafiq tapşırığına əsasən məcburi köçkünlərin yaşadığı bu qəsəbələrin də qazlaşdırılaraq keyfiyyətli və fasiləsiz qazla təmin olunması istiqamətində aparılan işlər özünün son mərhələsinə qədəm qoymaqdadır. “Azəriqaz” İstehsalahat Birliyi tərəfindən aparılan işlər yaxın günlərdə başa çatdıralacaqdır. Burada 4 min 456 abonenti olan 11 qəsəbənin ilk dəfə olaraq qazlaşdırılması məqsədilə, birpilləli sistem əsasında ümumi uzunluğu 184 min 941 metr müxtəlif diametrli daşıyıcı və məhəllədaxili boru xətti çəkilir ki, bunun da 21 min 84 metri polietilen, 163 min 857 metri isə metal borulardır. Hər bir mənzil ayrılıqda sayğac və fərdi tənzimləyici ilə təmin ediləcək.

Aparılan işlər burada məskunlaşan soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Onlar dövlət başçısına məcburi köçkünlərin problemlərinin həllinə bu cür diqqət və qayğısına görə dərin minnətdarlıqlarını bildirirlər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993