Azərbaycan və Türkiyə hərbi sahədə də əməkdaşlıgını dərinləşdirir

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi əməkdaşlıq istiqamətində də əlaqələr davamlı şəkildə inkişaf edir. Bu əməkdaşlıq konteksində birgə hərbi birliklərin yaradılmasını təklif edənlər də var.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu günlərdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunla görüşündə də nazir hər iki ölkənin Silahlı Qüvvələri nümayəndələrinin birgə təlimlərinin keçirilməsinin vacibliyini qeyd edərək hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini və bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirmişdir.

Ekspertlər vurğulayır ki, Türkiyə ilə Azərbaycan arasında birgə hərbi birliklər yaradılması mümkündür. İlk olaraq Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən ortaq kommunikasiya, nəqliyyat, boru xəttlərinin müdafiəsi üçün üç ölkə arasında birgə təhlükəsizlik xidməti yaradılsa həmin istiqamətdə birgə əməkdaşlıq müvafiq peşəkar qrupların cəlb olunması ilə yekunlaşa bilər. Prezidentlərin, xarici işlər nazirlərinin görüşündən sonra da bu istiqamətdə əməkdaşlıq vacib hesab edilib. Azərbaycan, Türkiyə və Gürcüstanın birgə təhlükəsizlik sestemini formalaşdırmaq üçün ortaq layihələrin icrası məqsədilə belə peşəkar qrupların yaradılmasına ehtiyac vardır. Eyni zamanda onu da qeyd edək ki, Türkiyə NATO-nun üzvüdür, bu çərçivədə öhdəliklərə malikdir. Azərbaycan isə NATO üzvü olmadığından həmin istiqamətdə müvafiq addımlar atmaqda sərbəstdir.

Ekspertlər onu da vurğulayırlar ki, 2015-ci ildə bu istiqamətdə ciddi addımların atılması istisna deyil. Çünki Azərbaycanla Türkiyə arasında böyük bağlılıq var. Bütün sahələrdə olduğu kimi, sıx bağlılıq hərbi sahədə də özünü göstərməyə başlamışdır. Birgə hərbi təlimlərin keçirilməsi, Türkiyə şahinlərinin Azərbaycana gələrək iki həftə ərzində burada təlimlər keçməsi ondan xəbər verir ki,  iki qardaş ölkə arasında yaxın vaxtlarda, konkret olaraq gələn il hərbi sahədə də böyük tədbirlər həyata keçiriləcəkdir və dünyada baş verən proseslər fonunda Azərbaycanla Türkiyə daha sıx şəkildə fəaliyyətlərini davam etdirəcəklər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993