Dağlıq Qarabağ münaqişəsi ATƏT PA-nın qış sessiyasında müzakirə olunacaq

“ATƏT-in Parlament Assambleyasının (PA) fevral ayında keçiriləcək qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə olunacaq”.

Bunu Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, qış sessiyasında iştirak etmək məqsədi ilə Azərbaycan nümayəndə heyəti gələn il fevral ayının 2-ci ongünlüyündə Avstriyanın Vyana şəhərinə səfər edəcək:

“Gündəliyə daxil edilib-edilməməsindən asılı olmayaraq, Dağlıq Qarabağ problemi birmənalı şəkildə müzakirə predmeti olur. Sessiyada ilk növbədə Azərbaycan nümayəndələri, eyni zamanda digər parlamentarilər bu məsələni qaldırırlar və münaqişənin ədalətli yolla həll edilməsinin vacibliyini iştirakçılara çatdırırlar. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi yenə də gündəlikdə olacaq”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993