Siz Azərbaycan xalqının başını uca etdiniz!

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük lider və qətiyyətli sərkərdə kimi xalqımızın tükənməz sevgisini qazanıb. Onun siyasi, hərbi və diplomatik qüdrəti, rəşadətli ordumuzun hünəri sayəsində torpaqlarımız erməni işğalından qurtarıldı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, milli qürurumuz dirçəldi. İşğaldan azad edilmiş ərazilərdəki ata-baba yurdlarına qayıtmağa hazırlaşan həmvətənlərımiz dövlətmizin başçısına hədsiz minnətdardırlar. Onların bir qismi könül duyğularını, arzularını, alqışlarını möhtərəm Prezidentə göndərdikləri məktub və teleqramlarda dərin səmimiyyətlə ifadə edirlər. Dövlətimizin başçısının rəsmi internet səhifəsində yerləşdirilmiş həmin məktub və teleqramlardan bir neçəsini dərc edirik. 

Şəbnəm Uğurlu, Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin kollektivi adından: “Möhtərəm cənab Prezident, hər birimizə qürurumuzu, Qarabağ adlı vüqarımızı qaytaran igid Sərkərdə!

Sizi 60 illik yubileyiniz münasibətilə Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin kollektivi adından təbrik edir, şərəfli və çoxşaxəli fəaliyyətinizdə uğurlar, uzun ömür, cansağlığı arzulayırıq.

Cənab Prezident, biz xoşbəxt insanlarıq ki, Siz 50 illik yubileyinizi öz ailə üzvlərinizlə birlikdə laçınlı məcburi köçkünlərlə qeyd etdiniz. Həmin şərəfli anda "Bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz” ifadəniz bizə olan doğmalığınız olmaqla qəlbimizə əbədi həkk olundu.

Cənab Prezident, tarix göstərdi ki, Sizin kimi insanpərvər, ədalətli və qayğıkeş şəxsiyyəti dövlətimizin başçısı seçməkdə yanılmamışıq. Bizim analarımızın gözündəki yaşı qurudan, illərdir çəkdiyimiz Vətən həsrətimizə son qoyan, Şuşamızda Novruz tonqalını alovlandıran, üçrəngli bayrağımızı Qarabağa sancan, illərdir düşmən tapdağı altında qalan məzarlardakı əcdadlarımızın ruhuna rahatlıq gətirən güclü bir Liderimiz var, o da Sizsiniz.

Minnətdarlıq hissi ilə bildiririk ki, bu gün də bizim sosial rifahımızı düşünərək, mü-haribədən yeni çıxmağımıza baxmayaraq, təhsil işçilərinin əməkhaqlarını artırmağınız Azərbaycan müəlliminə, Azərbaycan təhsilinə verdiyiniz dəyərin bariz nümunəsidir.

Tanrı Sizi və ailənizi qorusun!”

Səmayə Həsənova, Füzuli rayonu: “Hörmətli cənab Prezident, ölkəmizin inkişafı üçün göstərdiyiniz fəaliyyəti həmişə yaxından izləyir və dəstəkləyirəm. Mən, keçmiş məcburi köçkün olaraq, torpaqlarımızın azad olunacağına inanırdım. Məndə bu inamı Sizin qətiyyətli addımlarınız, dönməz və polad iradəniz, xalqla möhkəm birliyiniz yaratmışdı. Nahaq yerə deməyiblər ki, “El bir olsa, dağ oynadar yerindən”. Zaman bir daha bu sözlərin doğruluğunu sübut etdi, birliyin gücünü göstərdi.

Əziz Prezidentimiz, xalqımıza Zəfər sevinci yaşatdığınız üçün Sizə sonsuz dərəcədə təşəkkür edirəm. Siz ayaq basan yerə inkişaf gəlir, tərəqqi gəlir, firavan həyat gəlir. Sizin hansısa bir sahəyə, hansısa bir bölgəyə diqqətiniz bəs edir ki, orada canlanma yaransın.

Qədəmləriniz hər zaman mübarək olsun, cənab Prezident!”

Şahnaz Allahverənova, Qubadlı rayo­nu, Məlikəhmədli kəndi: “Müzəffər Ali Baş Komandan. Sizin rəhbərliyiniz altında ölkəmizin iqtisadi gücü, potensialı sürətlə artmaqdadır. Vaxtilə uğurla icra edilən bir çox iqtisadi layihələr bu gün Azərbaycana böyük gəlirlər gətirir. Siz Azərbaycan Respublikasının ali dövləti vəzifəsində özünüzü prinsipial, qətiyyətli siyasi xadim, əsl lider kimi təsdiq etdiniz. Siz beynəlxalq arenada böyük hörmət və nüfuz qazanmısınız, Azərbaycanın adını ucaltmısınız.

Otuz ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Sizin Ali Baş Ko-mandalığınızla rəşadətli Ordumuzun gücü sayəsində azad olundu. Azərbaycan xalqının ümidləri doğruldu.

Əziz Prezidentimiz, bu böyük və misilsiz uğura görə Sizə təşəkkürümüzü bildiririk. Sizin apardığınız uğurlu siyasətin müsbət nəticələrini gələcəkdə də görəcəyimizə əminik. Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzu edirik”.

Vahid Həsənov, Ağdam rayonu: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan! Azərbaycan təhsilinə, həmçinin müəllimlərə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Ağdam rayon Sahib Həsənov adına Əfətli kənd tam orta məktəbinin müəllimi olaraq, şəxsən öz adımdan, eyni zamanda, müəllimi olduğum məktəbin pedaqoji kollektivi adından Sizə dərindən təşəkkür edirəm.

Ulu Öndər Heydər Əliyevin həm təhsil, həm müəllim haqqında vaxtilə dediyi sözlər bu gün də xalqımız tərəfindən ehtiramla yada salınır: “Təhsil millətin gələcəyidir", “Mən dünyada müəllimdən yüksək ad tanımıram”. Ulu Öndər yolunun layiqli davamçısı olaraq Siz də millətin gələcəyini düşünərək təhsilə böyük diqqət ayırır, müəllim əməyinə yüksək dəyər verirsiniz. Bir neçə gün bundan əvvəl müəllimlərin əməkhaqlarının artırılması barədə verdiyiniz Sərəncama görə Sizə dərin təşəkkür və minnətdarlığımızı bildirirəm.

Tanrı Sizi qorusun”.

Hətəm Sultanov, Ağdam rayonu, Xındırıstan kəndi:  Hörmətli cənab Prezident, Siz Azərbaycan xalqının başını uca etdiniz, milli qürurumuzu, mübarizliyimizi və döyüş ruhumuzu əyani şəkildə dünyaya göstərdiniz. Uzun illər həsrətini çəkdiyimiz torpaq­larımızın işğaldan azad edilməsinə nail olduğunuz üçün Sizə dərindən təşəkkür edirik.

Biz bu Zəfəri Sizin müdrik və praqmatik siyasətiniz sayəsində əldə etdik. Bu yolda Siz uzun illər mühüm işlər görmüsünüz. Buna görə biz həmişə Sizi dəstəkləyirik, həmişə Sizin yanınızdayıq. Allah Sizə uzun ömür, daim cansağlığı nəsib etsin. Sizə işlərinizdə müvəffəqiyyətlər və uğurlar arzu edirəm”.

Aqil Məmmədov, Ağdam rayonu, Quzanlı qəsəbəsi: “Möhtərəm cənab Prezident, Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə Sizin cəsarətiniz, qətiyyətiniz, müdrik siyasətiniz, Ali Baş Komandan kimi mahir sərkərdəlik bacarığınız sayəsində son qoyuldu. Həm torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyün bərpası, həm də işğaldan azad edilmiş ərazilərdə sürətlə abadlıq-quruculuq işlərinin görülməsi xalqımıza yüksək əhval-ruhiyyə bəxş etmişdir.

Siz şəhid ailələrinə, müharibə iştirakçılarına həmişə diqqət və qayğı göstərirsiniz. Bütün bunlar xalqımızın Sizə olan inam və məhəbbətini birə beş artırmışdır.

Əziz Prezidentimiz, Sizə minnətdaram. Azərbaycan xalqı Sizinlə qürur duyur!

Qarabağ Azərbaycandır!”

Könül Ağayeva, Füzuli rayonu, Qaradağlı kəndi: “Hörmətli cənab Prezident. Dünya arenasında ölkənin adını duyuran yalnız onun tarixi, mədəniyyəti deyil, həm də onu layiqincə təmsil edən lideridir. Belə şəxsiyyətlərdən biri adını şanlı tariximizə qızıl hərflərlə yazdıran möhtərəm Prezidentimiz İlham Əliyevdir.

Siz Azərbaycanı inamla irəli aparırsınız. Sizin hakimiyyətə gəldiyiniz 2003-cü ildən bəri ölkəmizdə əhalinin rifah səviyyəsi yaxşılaşdırılmış, davamlı inkişaf nəticəsində modernləşmə prosesi sürətlənmişdir. Sizin sayənizdə Azərbaycan dünya ölkələri arasında nüfuz və söz sahibinə çevrildi, Azərbaycan torpaqlarını 30 illik işğaldan azad etdi.

Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa edən böyük Sərkərdə kimi tarixə düşdünüz. Tarix yenidən yazıldı. Azərbaycanda yeni mərhələ başladı. Siz Azərbaycanın zəfər və qəhrəmanlıq rəmzinə çevrildiniz.

Möhtərəm cənab Prezident, biz Sizinlə fəxr edirik”.

Eldəniz Məmmədov, Füzuli rayon 48 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri: “Müzəffər Ali Baş Komandan. Siz ölkəmizə qarşı 30 ilə möhkəmləndirilən istehkamları əks-hücum nəticəsində 44 günə hərbi gücünüzlə məhv etdiniz. Bununla da Siz dünya hərb tarixinə yenilik gətirdiniz. Şəhidlərimizə, qazilərimizə göstərdiyiniz diqqət və qayğını hərbi hazırlıq müəllimi olaraq yüksək qiymətləndirirəm.

İmzaladığınız sərəncamlarla müəllimlərin sosial rifahını bir daha yaxşılaşdırdınız. Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin məvacibini 40 faiz artırmaqla, Siz hərb işinə yüksək qiymət verdiyinizi bir daha sübut etdiniz.

Sizə dərin təşəkkürümü bildirirəm. Çox fəxr edirəm ki, Sizin kimi Ali Baş Komandanımız var”.

Aqil Əsədov, dosent, Kəlbəcər rayonundan məcburi köçkün, Başlıbel kənd orta məktəbinin məzunu: Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan. Sizin rəhbərliyinizlə müzəffər Ordumuzun əldə etdiyi şanlı Qələbə 2020-ci ilin 25 noyabr tarixində bizi doğma Kəlbəcərimizə də qovuşdurdu. O möhtəşəm tarixdən bir il ötür, bir ömrə bərabər bir il, 30 illik nisgili sevincə çevirən bir il.

30 ilə yaxındır həsrət qaldığımız torpaq­larımızın erməni quldurlarından təmizlənməsini, ata-baba yurdlarımızın işğalçılardan azad edilməsini şərəf və qürur hissi ilə qeyd edirik. Bu şərəfi, qüruru bizə yaşadan, bizi məcburi köçkünlük yükündən qurtaran Müzəffər Ali Baş Komandanımıza, şanlı ordumuza eşq olsun. Allah şəhidlərimzə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Müzəffər Ali Baş Komandan, işğal zamanı Kəlbəcərin Başlıbel kəndində də heç zaman unudulmayacaq erməni vandalizmi baş verib və kütləvi qırğınlar törədilib. Rayonumuzun işğaldan azad edilməsi ilə həm də bu faciə qurbanlarının kütləvi mə-zarlıqları aşkar edilib. Sizin tapşırığınızla Başlıbel kəndində 1993-cü ildə baş vermiş faciənin araşdırılmasına başlanılıb və faciə dünyaya bəyan edilib.

Cənab Prezident, bu əlamətdar gündə Kəlbəcərin ən böyük kəndlərindən biri olan Başlıbel sakinlərinin Sizə sonsuz minnətdarlığını və tükənməz ehtiramını ifadə etmək istərdim.

Allah Sizi və ailənizi qorusun”.