Mustafa Şəntop: “Azərbaycan böyük fərasət və diqqətlə savaşın qalibi olub”

Azərbaycanlı qardaşlarımızın xoşbəxtliyinə ortaq olmaqdan və bunu paylaşmaqdan qürur hissi və məmnuniyyət duyuram. Türkiyə olaraq dəstəkləməyi özümüzə vəzifə və məsuliyyət qəbul etdiyimiz Azərbaycan qazandığı Zəfərlə bərabər Qafqaza uzunmüddətli sülh gətirib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop qardaş ölkə parlamentində açılışı keçirilən böyük Qələbənin birinci ildönümünə, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Azərbaycanın Vətən savaşında Zəfər Günü mövzusunda fotosərgisindəki çıxışında ifadə edib.

Nitqində Azərbaycanın böyük fərasət və diqqətlə savaşın qalibi olduğunu xatırladan, respublikalarımızın dövlətçilik tarixlərini özündə əks etdirən mühüm məqamlara toxunan TBMM-nin sədri əminliklə bildirib ki, ölkələrimiz və xalqlarımız əbədiyyətə qədər bir-birinin yanında olacaq.