Keçmiş məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır.

Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın rayonlarının sakinlərinin möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər.

Sosial şəbəkələrdə paylaşılan ilk videoçarxlarda Vətən müharibəsi veteranları - Laçın rayon sakini Azər Rəsulov və Ağdam rayon sakini Nicat Cəlilov öz doğma yurda səfər təəssüratlarını danışıblar.