“Oğul düşmən çəpəridir”

Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə şairə Esmira Günəşin şəhid Əliheydər Hüseynliyə həsr edilmiş "Oğul düşmən çəpəridir" adlı kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan müəllif Esmira Günəş kitabın necə ərsəyə gəlməsindən danışıb. Şəhidin ailə üzvləri və yaxınları şəhid haqqında xatirələrini bölüşüblər.

Tədbirdə həmçinin Qarabağ müharibəsində həlak olmuş digər şəhidlərimizin də ailə üzvləri iştirak ediblər.

Çıxış edən Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Nağıyeva belə tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.

Tədbirdə şəhidimizin bacısı qızı balaca Nigarın və şairə Esmira Günəşin oğlu Elgünün şeirləri dinlənilib.

Təqdimat zamanı iştirakçılar şəhidimizə həsr olunan guşə ilə tanış olublar.

Şairə Əsli xanım şəhidə həsr etdiyi şeirləri söyləyib, kitabdan parçalar oxunub.

Sonda tədbir iştirakçıları müəllifə öz minnətdarlıqlarını bildiriblər.