Qəhrəmanın son arzusu: yeni doğulan övladına öz adı verildi

Quba rayonunun Zizik kəndindən olan şəhid baş gizir Şahin Allahyarovun oğlu dünyaya gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailəsi Şahinin vəsiyyətinə uyğun olaraq körpəyə qəhrəman döyüşçünün öz adını verib.

Şahin şəhidlik zirvəsinə yüksəlməzdən əvvəl çəkdiyi videosu ilə diqqət mərkəzinə düşmüşdü. O, həmin videoda həyat yoldaşına müraciət edərək şəhid olacağı halda, yeni doğulacaq övladına öz adının verilməsini vəsiyyət etmişdi. Bu, Şahin Allahyarovun ikinci övladıdır.

Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.

Döyüşlər zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb və “Vətən uğrunda” medalı ilə təltif edilib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993