BERNAMA agentliyi: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəsinin inkişafına böyük töhfələr verir”

Malayziyanın BERNAMA dövlət informasiya agentliyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva barədə məqalə yayıb.

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəsinin inkişafına böyük töhfələr verir” sərlövhəli məqalədə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edilir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr diqqətə çatdırılır.

AZƏRTAC-ın “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsi əsasında hazırlanan yazıda bildirilir ki, Mehriban Əliyevanın fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilir, o, bir sıra beynəlxalq təşkilatların və ölkələrin yüksək mükafatlarına layiq görülüb.

Birinci vitse-prezident Azərbaycanın inkişafına, ölkənin beynəlxalq miqyasda tanıdılmasına, xalqın sosial problemlərinin həllinə mühüm töhfələr verir.

Yazıda vurğulanır ki, gördüyü işlər Mehriban Əliyevaya Azərbaycan xalqının böyük hörmət və məhəbbətini, inam və etimadını qazandırıb.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti barədə məqalələr AZƏRTAC-a istinadla Çinin “China Daily” qəzeti, Avropa İttifaqının “EU Politics”, İtaliyanın “Eurasianews” portalları, Avropa Xəbər Agentliyi, Türkiyənin, Qazaxıstanın, Rumıniyanın, Moldovanın, Bolqarıstanın, Xorvatiyanın, İndoneziyanın, Yunanıstanın, Rusiyanın, Qırğızıstanın, Özbəkistanın, Yaxın Şərq və Şimali Afrika ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993