Dövlət Komitəsinin əməkdaşlarına medal təqdim olunub

Müstəqil Azərbaycanda çevik və səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezident cənab İlham Əliyev bu sistemin daha da təkmilləşdirilməsi, ölkəmizin davamlı inkişafının təmin edilməsi məqsədilə genişmiqyaslı islahatlar həyata keçirir.

Bu fikirlər sentyabrın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bir qrup əməkdaşa “Dövlət qulluğunda fərqlənməyə görə” medalın və müvafiq vəsiqənin təqdim olunması zamanı səsləndirilib.

Prezident İlham Əliyevin 23 iyun 2020-cu il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə həmin medalla təltif edilən şəxslər arasında Dövlət Komitəsinin dörd əməkdaşı da vardır. Bunlar Dövlət Komitəsinin Miqrasiya, məşğulluq və status şöbəsi müdirinin müavini Hüseynov Xəyyam Sabir oğlu, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaşların qəbulu, ərizə və şikayətlərlə iş sektorunun müdiri Məhərrəmova Şəfa Fikrət qızı, Maliyyə şöbəsinin maliyyə sektorunun müdiri Sadıqov Elmir Kərəm oğlu, Mənzil İstismar Departamentinin Mühasibat uçotu və hesabatı sektorunun müdiri Abbasov Fariz Yaqub oğludur.

Dövlət Komitəsinin sədri “Dövlət qulluğunda fərqlənməyə görə” medalını və onun vəsiqəsini təltif olunan əməkdaşlara təqdim edib, hər birinə xidməti fəaliyyətdə və şəxsi həyatda uğurlar arzulayıb.

Dövlət qulluğunda fərqlənən əməkdaşlar fəaliyyətlərinin qiymətləndirilməsinə və yüksək təltifə layiq görülməsinə görə ölkə rəhbərinə dərin minnətdarlıqdarını bildirib, onlara göstərilən etimadı daim doğruldacaqlarına söz veriblər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993