Mehriban Əliyeva: “Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun!”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü ilə bağlı ona ünvanlanan təbriklərə görə təşəkkür edib.

Mehriban xanım Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir: “Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”