Şəhid polkovnikin oğlundan “Əsgərə salam!”

Heydər Əliyev Fondunun dəstəyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Əsgərə salam” hərbi vətənpərvərlik aksiyasına qoşulanların sayı artmaqdadır.

Aksiyaya yeni qoşulanlardan biri də bu yaxınlarda Tovuz istiqamətində Ermənistanın törətdiyi təxribatın qarşısının alınması zamanı qəhrəmancasına həlak olmuş polkovnik İlqar Mirzəyevin oğlu – Elvindir. O, şəhid atasının əziz xatirəsinə ehtiramını ifadə edərək, döyüş növbəsində olan, vətənin keşiyində dayanan rəşadətli əsgər və zabitlərimizi salamlayıb. Elvin ali məktəb tələbəsidi, atasının arzusuna görə, o, gələcəkdə hüquq-mühafizə orqanlarında işləmək istəyir.

Xatırladaq ki, “Əsgərə salam!” hərbi vətənpərvərlik sosial layihəsinə cavab olaraq Azərbaycan Ordusunda Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Əsgərdən salam!” aksiyasına start verilib. Əlahiddə Ümumqoşun, qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçularının xidmət yerlərindən, xüsusilə cəbhə bölgələrindən ictimaiyyətə, əsgər valideynlərinə, şəhid ailələrinə, müharibə veteranlarına, döyüşlərdə sağlamlığını itirən qazilərimizə, gənclərə müraciətləri təqdim ediləcək və hərbçilərimiz ardıcıl olaraq əsgər salamlarını yetirməklə xalqımızı uğur və nailiyyətləri ilə sevindirəcəklər.

Aksiyaya qoşulmaq istəyənlər hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşa bilərlər. Hamını “Əsgər salam” aksiyasına qoşulmağa çağırırıq!

Orxan ASLANLI

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993