“Rusiya olmasaydı, Ermənistan da mövcud olmazdı”

Qarabağda ermənilərin tərəfində döyüşdüyünü etiraf edən rus polkovniki belə deyir

Dünyanın müharibələr tarixində bir dövlətin digəri ilə müttəfiq olması, ona hərbi yardım etməsi faktı çoxdur.  Hər bir müharibə sülhlə yekunlaşır və hansı tərəf qalib gəlirsə-gəlsin, onun törətdiyi fəsadları aradan qaldırmaq üçün isə bir neçə onillik tələb olunur.

Ermənilərin tarixdə mövcud olmayan dövlətləri barədə uydurmalarının içərisində dirnaqarası qəhrəmanlıq səhifələri də çoxdur. Dəfələrlə qeyd etdiyimiz kimi milli mentalitetlərində riyakarlıq, hiyləgərlik və qorxaqlıq özünə əbədi yer tutan ermənilərin bu və ya digər döyüşdə igidlik göstərmələri də absurd və istehza doğurandı. A.S.Puşkinin və digər xarici mütəfəkkirlərin çox dolğun təsvir etdiyi erməni xisləti bu gün də mövcuddur.  Azərbaycan qarşısında heç vaxt duruş gətirə bilməyəcəyini yaxşı bilən ermənilər öz köhnə xislətləri ilə həmişə başqasının kölgəsinə sığınıb, müəyyən yardım almaq üçün əsil dilənçi psixologiyası ilə fəaliyyət göstəriblər. Tarixi həqiqətlər dəfələrlə sübut edib ki, Yuxarı Qarabağda başlayan erməni separatizmi də məhz digər dövlətlərin hərbi yardımı ilə müşayiət olunaraq bir separatçı, terrorçu anti-bəşəri qurumun yaradılması ilə yaddaşlarda qalıb.

Keçmiş sovet ordusunun366-cı moto-atıcı alayının Xocalı şəhərində soyqırımı törədilməsində, həmçinin digər yaşayış sahələrimizin işğal edilməsində böyük rol oynadığı hamıya məlumdur. Ermənistanın Gümrü rayonunda yerləşən 102-ci Rusiya hərbi bazasının keçmiş komandiri Andrey Ruzinskinin ötən ilin dekabrında Rusiyanın hərbi profilli qəzetində dərc olunmuş məqaləsi bir sıra həqiqətlərə güzgü tutur. Təqaüddə olan polkovnik A.Ruzinski yazır: «1990-cı illərdə mən Qarabağda xidmət edirdim. Bizim hərbi hissələr ermənilərin tərəfində döyüşürdü». Ermənilərin fərdi keyfiyyətləri barədə soruşularkən peşəkar hərbçi belə cavab verir: «Siz nə danışırsınız? Bu köpək uşağı bizim kürəyimizdə gizlənirdilər. Azərbaycanlılar uzaqda görünən kimi onlar (ermənilər-N.Q.) dərhal silahlarını atıb qaçırdılar. Biz döyüşə girirdik, döyüşdən sonra ermənilər bizim yanımıza qaçırdılar və lovğalıqla qışqırırdılar ki, «dəmir atoşlar» erməni torpağını azad ediblər». Həmin vaxtlar münaqişənin mahiyyətini tam dərk etmədiyini etiraf edən A.Ruzinski azərbaycanlılara qarşı döyüşdüyünün sonralar peşmanlığını çəkdiyini də vurğulayır: «Hərbi xidmətim başa çatdıqdan sonra mən doğma Stavropola qayıtdım. Açıq-aydın gördüm ki, biz Qarabağda ermənilərin tərəfində vuruşduğumuz zaman onlar Stavropolda “erməni döyüşçüləri” təşkilatı yaradaraq Ermənistanın böyüklüyü barədə hay-küy salır və burada sahibkarlıq edirlər. Mən tam qətiyyətlə deyirəm ki, onlar qorxaq və təkəbbürlüdürlər. Bilmi-rəm, ermənilərin hansı igidliyindən danışmaq olar?».

Yüksək rütbəli rus hərbçisi müsahibəsində ermənilərdən fərqli olaraq azərbaycanlı əsgərlərin döyüşkənliyi barədə faktlar sadalayır və deyir ki, «azərbaycanlılar erməniləri yerində oturtmağa qadir idilər. Amma biz ona imkan vermirdik». O bir tarixi həqiqəti xüsusi olaraq vurğulayıb: «Bəli, 1990-1994-cü illərdə Rusiya olmasaydı, Qarabağ heç vaxt ermənilərin əlinə keçməzdi. Rusiya olmasa, Ermənistanın özü də olmaz!»

Rus hərbçisinin səmimi etirafını geniş şərh etmədən də bir həqiqət açıq-aydın görsənir ki, Ermənistan təkbaşına nəinki torpaqlarımızı işğal edə bilərdi, əksinə onun öz mövcudluğu Azərbaycan əsgərinin sözündən asılı olardı.

Bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində ermənilərin təxribat törətməsindən sonra bir daha kimin kim olduğu dünya ictimaiyyətinə açıqlandı. Azərbaycan əsgərinin qüdrəti qarşısında duruş gətirə bilməyən ermənilər yenə də himayədar axtarışına çıxdı və bu dəfə Moskva onun göz yaşlarına inanmadı. Azərbaycan xalqının öz dövlətini, Ali Baş Komandanını, Silahlı Qüvvələrini necə dəstəklədiyi isə bir daha sübut etdi ki, odla oynamaq olmaz! Artıq 30 mindən çox azərbaycanlı gənc, o cümlədən bu sətirlərin müəllifinin ermənilərlə təmas xəttində xidmət edərkən döyüşdüyü oğlu da düşmənə qarşı vuruşmaq üçün müvafiq quruma ərizə ilə müraciət edib. Düşmən nə qədər məkrli olsa da önümüzdə heç vaxt duruş gətirə bilməyib və bundan sonra da belə olacağı şəksizdir.

Nəsib QARAMANLI

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993