Erməni riyakarlığı

Azərbaycan toponimlərinin dəyişdirilməsi ermənilərin həm də dünyanın tarixinə, etimologiya elminə zərbəsidir

Hər bir xalqın öz tarixi və milli mentaliteti var. Minilliklər boyu müxtəlif proseslərdən keçərək formalaşan milli mentalitet həmin xalqın tarixi pasportu hesab olunur. Bu gün dünyadakı müxtəlif xalqların mentaliteti onların dövlət quruculuğunda da özünü açıq-aşkar göstərir. Məsələn, almanlar Avropa xalqları sırasında öz dəqiqlikləri ilə seçilirlər və bunu, tarixin müxtəlif dönəmlərində dəfələrlə sübuta yetiriblər. Orta əsrlər Avropa və Şərq salnaməçiləri türklərin döyüşkənliyi və ədalətli olmaları barədə çoxlu faktlar göstərmişlər. Digər xalqlardan fərqli olaraq etnik tərkibi hələ də tam dəqiqləşdirilməyən ermənilərin mentaliteti barədə də tarixçilərin, böyük mütəfəkkirlərin bu günü-müzlə tam səsləşən fikirləri vardır.

Məsələn, alman səyyahı Alfert Karte «Anadolu eskizləri» əsərində yazır: «Bu əyalətlərdə xalqı yaxşı tanımağa başlayan hər bir kəs türkləri sevməyi, onlara hörmətlə yanaşmağı, yunanlara yuxarıdan aşağı baxmağı, ermənilərə isə nifrət etməyi öyrənir. Yəqinliklə demək olar ki, əgər Anadoluda sizi aldadan olubsa, deməli, erməniyə tuş gəlibsiniz. Əgər mən bir iş barədə türklə şərt bağlayıramsa, yazılı müqaviləyə ehtiyac duymuram, çünki onun verdiyi söz kifayətdir. Yunanla mütləq yazılı müqavilə bağlayıram - bu vacib və gərəklidir. Ermənilərlə isə heç yazılı müqavilə ilə də iş görmürəm, çünki onların yalan və riyakarlığına heç yazılı müqavilə də sədd çəkə bilmir».

Alman səyyahının dediyi bu sözlər ermənilərin milli mentalitetini bu gün də açıq-aşkar göstərir. Qədim Azərbaycan torpaqlarında rusların himayəsi altında özlərinə dövlət quran ermənilərin yalan və riyakarlığı son 100 ildə daha geniş yayılmışdır. 1918-ci ildə yaradılan erməni dövlətinin ərazisinin də, paytaxtının da Azərbaycana məxsus olduğunu çoxsaylı tarixi faktlar, sənədlər təsdiq etsə də, ermənilər müxtəlif yollarla guya qədim xalq olduqlarını dünyaya bəyan etmək istəyirlər. Halbuki B.İşxanyan adlı erməni tarixçi hələ 1916-cı ildə «Qafqaz xalqları barədə» əsərində yazırdı: «Ermənilərin həqiqi vətəni kiçik Asiyadadır, yəni Rusiyanın hüdudlarından kənardadır və ermənilər Zaqafqaziyada, xüsusilə İrəvan quberniyasında, Qafqaz ərazisinin müxtəlif hissələrində yalnız son əsrlərdə məskunlaşıblar».

1975-ci ildə Manuk Abeğyan adlı erməni tədqiqatçısının İrəvanda çap etdirdiyi «Erməni ədəbiyyatı tarixi» əsərində isə ermənilər barəsində daha tutarlı arqumentlər göstərilib. M.Abeğyan yazır: «Erməni xalqının əsli nədir, necə və nə vaxt, haradan və hansı yollarla o buraya gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur». Lakin bu həqiqət həmişə öz sözünü deyir ki, mentalitetləri yalan və riyakarlıq, hay-küyçülük olan ermənilərdən hər cür fitnəkarlıq, saxtakarlıq gözləmək olar.

Riyakarlığın son həddidir ki, ermənilər minilliklər boyu mövcud olmuş Azərbaycan toponimlərini saxtalaşdırmaqla özlərinə «qədimlik» imici yaratmaq istəyirlər. Bu işdə isə məhz həmin M.Abeğyanın adını daşıyan Ermənistan Dilçilik İnstitutunun terminologiya komitəsi öndə gedir. Məlumdur ki, hər bir xalqın etimologiyası bilavasitə onun tarixi, yaşam tərzi ilə bağlıdır. Amma ermənilərin etimologiyası da siyasətləri kimi yalnız saxtakarlıq üzərində qurulub. Ötən əsrin 30-cu illərindən başlayan və 90-cı illərin sonlarında yekunlaşan addəyişmə siyasəti elmi baxımdan ermənilərin özlərini gülünc durumda qoymaqdadır. Belə ki, onlar müxtəlif vasitələrdən, daha çoxsa saxtakarlıq dolu «etimoloji elmi əsaslardan» bəhrələnməklə Azərbaycan toponimlərini dəyişdirməyi də milli mentalitetlərinin tərkibinə daxil etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif möhtərəm beynəlxalq toplantılarda onların saxtakarlıqlarının tarixi və elmi izahını həm də pəşəkar siyasətçi arqumentləri ilə alt-üst etmişdir. Prezidentimiz dəfələrlə bu tarixi həqiqəti vurğulayıb ki, İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan Cümhuriyyəti tərəfindən 1918-ci ildə verilib. İrəvan xanlığında yaşayan əhalinin mütləq əksəriyyəti isə azərbaycanlılar olub. Zəngəzur, Göyçə mahalları qədim Azərbaycan torpaqlarıdır və süni şəkildə Ermənistana verilib. Ermənistan ərazisindəki əksər toponimlər Azərbaycan mənşəli toponimlərdir və bunlar ermənilər tərəfindən müxtəlif illərdə, müxtəlif üsullarla dəyişdirilib.

1941-45-ci illərdəki müharibə dövrü istisna olmaqla bütün illərdə Ermənistanda Azərbaycan toponimlərinin dəyişdirilməsi prosesi aparılıb. Məsələn, 1946-cı il iyulun 15-də Ermənistan SSR Ali Sovetinin qərarı ilə Dərələyəz mahalındakı Məlikkənd kəndi Melikgyuğ adlandırılıb. Azərbaycanca “kənd” sözü ermənicə “gyuğ” deməkdir. Göründüyü kimi, ermənilər Məlik sözünü saxlamaqla tərcümə üsulu ilə həmin toponimi özününküləşdirmişdir. 1991-ci il aprelin 19-u qərarı ilə adları dəyişdirilən toponimlər sırasında bu sətirlərin müəllifinin ata yurdu Meşəkənd - Antarameç (“antar” - meşə, “meç” - iç, daxil, yəni Meşəiçi) adlandırılıb.

Bolşevik işğalından sonra Ermənistana verilmiş Tovuzqala yaşayış məntəqəsinin adından Tovuz sözünün silinməsi, (qala ermənicə berd deməkdir) həmin yaşayış məntəqəsinin də erməniləşdirilərək Berd adlanması ermənilərin minlərlə cinayətləri sırasındadır. Əlbəttə, belə misallar yüzlərlədir və təbii ki, onların hamısını bir yazıda göstərmək mümkünsüzdür. Amma yeri gəlmişkən, onu da qeyd edək ki, Ermənistanda sovet hakimiyyəti illərində yaradılmış terminologiya komitəsinin fəaliyyətindən öncə erməni ədəbi dilində çoxsaylı Azərbaycan, türk sözləri işlənilirdi. Bu, Xaçatur Abovyanın əsərlərində də açıq-aydın görünür. Onu da vurğulayaq ki, Azərbaycan toponimlərinin müxtəlif üsullarla dəyişdirilərək erməniləşdirilməsi dünyanın sağlam düşüncəli alimlərinin də diqqətini cəlb edib. Ancaq dünyadakı ikili standartlar bu sahədə də özünü göstərir və ermənilərə «dayan» deyən, hələ ki, yoxdur.

Xatırladaq ki, İrəvan bölgəsindəki Azərbaycan torpaqlarını ermənilərin müxtəlif iyrənc yollarla ələ keçirmələri ilə bağlı Matenadaranda saxlanılan və alman dilinə tərcümə edilmiş 1687-ci il tarixli bir sənəddə ermənilər özləri qeyd edirlər ki, Azərbaycan türklərinə məxsus olan torpaqları «… ya satın alır, ya zəbt edir, ya sahibinin əlindən çıxarır, ya rüşvət verib alır, ya bəxşiş kimi əldə edir və yaxud da zorla ələ keçiririk». Zorla ələ keçirilən hər bir şeyin məhz güc vasitəsilə geri qaytarılması isə tarixin sınanmış təcrübələrindəndir. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək… Nəhayət, üçrəngli bayrağımız İrəvanda dalğalananda yaşayış məntəqələrimizin də tarixi adları bərpa olunacaqdır. Hələliksə düşmənin toponimlərimizə edilən təcavüzünün dünya ictimaiyyətinə çatdırılması üçün çalışmaq borcumuzdur.

Nəsib QARAMANLI

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993