Şuşadan olan ziyalılar və qəhrəmanlar haqqında...

Tədqiqatçı-jurnalist, publisist və naşir Vasif Quliyevin “İgidlərin sayı çoxdur bu yerdə...” kitabı işıq üzü görüb.

Kitabda 24 oçerk, 5 xatirə və 3 elmi məqalə toplanıb. Müəllif Şuşanın tarixi keçmişinə nəzər yetirir, bu qədim yurdun ziyalılarını, cəsur oğul və qızlarını axtarıb tapır, onların keçdikləri həyat və qəhrəmanlıq yollarına işıq tutur, doğma el-obasına şöhrət gətirən insanları bugünkü nəsillərə tanıtmağa və sevdirməyə çalışır.

Bir neçə illik tədqiqat və axtarışların məhsulu olan kitabda publisist tarixi hadisə və faktları özünəməxsus yanaşma ilə təhlil edərək bir çox hallarda görünməyən tərəfləri üzə çıxarır, əlaqələndirir, onlara dolğun məzmun verib mahiyyət və dəyərini artırmağı bacarır. Kitabda həmçinin Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Səməd Vurğun, Mikayıl Müşfiq kimi görkəmli ədiblərin Şuşa ilə, Qarabağla əlaqələri haqqında bir-birindən maraqlı yeni faktlar təqdim edilir.

Kitaba tanınmış jurnalist Salam Cavadlı ön söz yazıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993