Heydər Əliyev

Qəbri nurla dolsun, ruhu şad olsun,

Əbədi Rəhbərdi, Heydər Əliyev.

Dahilər, müdriklər, dərs alıb ondan,

Vətənin sevərdi Heydər Əliyev!

 

Məsəldi, oxşayar, insan insana,

Bənzər az doğulub, o bu dövrana,

Bu odlar yurduna, Azərbaycana

Düz yolu göstərdi Heydər Əliyev!

 

Tarixdə nə qədər sərkərdə gördüm,

Siyasət toplusun Heydərdə gördüm.

Əlində avtomat, səngərdə gördüm,

Sanki bir əsgərdi Heydər Əliyev!

 

Onun gəlişiylə gəldi, bahar, yaz,

Sevindi Dəli Kür, çağladı Araz.

O dahi insanı tarix unutmaz,

Dillərdə əzbərdi Heydər Əliyev!

 

O şəffaf eylədi, bulanlıqları,

Gül-çiçək bürüdü tikanlıqları.

Gəlişi yox etdi qaranlıqları,

Günəşə bənzərdi Heydər Əliyev!

 

Çox heyif, xalq səni vaxtsız itirdi,

Şəninə şeirlər sətir-sətirdi,

Bu ölkə gör necə dahi yetirdi?!

Əvəzsiz öndərdi Heydər Əliyev!

 

Faiq Şuşalı,

məcburi köçkün

“Qobu Park-2” yaşayış kompleksi

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993