Növbəti canlı yayımda vətəndaşların qəbulu məsələlərinə diqqət yetirilib

Mayın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsində “Virtual qəbul otağı”nın növbəti canlı yayımı olub.

Səhifə izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda vətəndaşların müraciətlərini komitənin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdir müavini Muxtar Ələsgərov cavablandırıb. Canlı yayıma komitənin mətbu orqanı olan “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib.

Saat 12:00-da başlanan və bir saat müddətində davam edən canlı yayım zamanı səhifənin rəy bölməsinə 200-ə yaxın vətəndaşın müraciəti daxil olub.

Komitədə vətəndaşların qəbulu qaydaları barədə izləyicilərə ətraflı məlumat verilib, son iki ildə bu sahədə aparılan islahatlar, həyata keçirilən tədbirlər barədə danışılıb. Canlı yayımda məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib və onların əksəriyyəti dərhal cavablandırılıb. Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacağı bildirilib.Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib və onların əksəriyyəti dərhal cavablandırılıb. Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacağı bildirilib.

Xüsusi karantin rejiminin davam etdiyi müddətdə komitənin vəzifəli şəxslərinin videoqəbulu və “Virtual qəbul otağı”ndan vaxtaşırı canlı yayımlar təşkil olunacaq. Bu barədə komitənin rəsmi Facebook səhifəsində əvvəlcədən müvafiq məlumat yerləşdiriləcəkdir.

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz işini qlobal pandemiya ilə əlaqədar ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə davam etdirir. Hər həftənin çər­şən­bə axşamı Dövlət Komitə­sinin sədri, digər iş günlərində onun müavinləri, aparat rəhbəri və şöbə müdirləri vətəndaşların qəbulunu onlayn - videoqəbul formatında keçirirlər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993