Vaqonda yaşayan məcburi köçkün ailəsi evlə təmin edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli rayonunda, “Fin evləri” adlanan ərazidə vaqonda yaşayan məcburi köçkün Zöhrab Dərgahovun ailəsini həmin ərazidə boşalmış evdə yerləşdirib. Ev əvvəllər burada müvəqqəti məskunlaşdırılmış və tənha yaşayan ahıl məcburi köçkünün vəfatından sonra boşalıb.

Zöhrab Dərgahovun müraciəti əsasında Dövlət Komitəsinin Füzuli rayon üzrə nümayəndəsi onun yaşayış şəraiti ilə yerində tanış olub. Eyni zamanda Zöhrab Dərgahov haqqında məlumatlar müvafiq qaydada araşdırılıb. Birinci ailə həyatı uğursuz olan, sonralar məhkumluq həyatı yaşayan bu şəxs ikinci dəfə evlənib və bu nikahdan iki övladı var. Əldə edilmiş məlumatlar ətraflı şəkildə araşdırıldıqdan sonra Dövlət Komitəsi tərəfindən ona Füzuli rayonu ərazisindəki “Qayıdış” qəsəbələrində üçotaqlı ev təklif olunub. Lakin Zöhrab Dərgahov qəsəbənin övladlarının təhsil aldığı orta məktəbdən uzaqlığını əsas gətirərək həmin evdən imtina edib.

İndi köçürüldüyü evin onu qane etdiyini bildirən məcburi köçkün ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993