Yaşı 100-dən çox olan qubadlılı qadınlar ziyarət edilib

Sumqayıtda yaşı 100-dən çox olan qubadlılı qadınlar ziyarət edilib. Qubadlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi Sumqayıtda məskunlaşan və rayonun Xəndək kəndinin bu il 110 yaşı tamam olmuş sakini Simuzər Quliyevanı, Tatar kəndinin 110 yaşlı sakini Məsdan Əsədovanı, Dəmirçilər kəndinin 100 yaşlı sakini Ayna Bayramovanı, Mahruzlu kəndinin 109 yaşlı sakini Püstə Abbasovanı, İşıqlı kəndinin 107 yaşlı sakini Telli İsmayılovanı Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Hər bir qadını evində ziyarət edən qonaqlar onlara gül dəstələri və hədiy­yələr təqdim ediblər.

Görüş zamanı bildirilib ki, Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolu var. Müstəqil dövlətimizin qayğısından bəhrələnən, məcburi köçkün ömrü yaşayan Qubadlı qadınları da bu gün öz missiyasını ləyaqətlə yerinə yetirir və ölkəmizdə aparılan siyasətin fəal müdafiəçiləridirlər.

Qeyd edilib ki, Ümum­milli Lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğı mühüm bir istiqamət təşkil edib. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər.

Bu baxımdan Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul edir.

Qubadlı rayonunun ahıl yaşlı xanımları dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993