Azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasında beynəlxalq ictimaiyyət fəal mövqe sərgiləməlidir

«Azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan hüquqlarının qorunmasına dair fundamental beynəlxalq sənədlərdə təsbit olunmuş ən ümdə hüquqları, o cümlədən yaşamaq hüququ kobud şəkildə pozulub»

Bu fikirləri İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci Nazirlər Şurasının iclasında iştirakı çərçivəsində ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia ilə görüş zamanı xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O, yenidən bu məsələyə toxunaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində hüquqları kobud formada  pozulan və etnik təmizləməyə məruz qalan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının bərpa edilməsinə lazımı diqqət yetirilməsinin vacibliyini önə çəkib: «Azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan hüquqlarının qorunmasına dair fundamental beynəlxalq sənədlərdə təsbit olunmuş ən ümdə hüquqları, o cümlədən yaşamaq hüququ kobud şəkildə pozulub».

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993