BMT baş katibinin humanitar məsələlər üzrə nümayəndəsinə qaçqın və məcburi köçkünlərimizin vəziyyəti haqqında hesabat təqdim olunacaq

BMT-yə azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında hesabat təqdim olunacaq.

Bu barədə Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev bildirib. Onun sözlərinə görə, hesabat BMT baş katibinin humanitar məsələlər üzrə nümayəndəsi, Küveyt Beynəlxalq İslam Xeyriyyə Fondunun sədri Abdullah Matuk əl-Matukun yaxın vaxtlarda Azərbaycana gözlənilən səfərinin yekunları üzrə hazırlanacaq.

Abdullah Matuk əl-Matuk səfəri çərçivəsində ölkə rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlər zamanı azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsində əməkdaşlıq müzakirə olunacaq. Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Küveyt Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Bunu ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993