Bahar Muradova: Beynəlxalq müstəvidə Xocalı faciəsinin soyqırım aktı kimi tanınması, Qarabağ hadisələrinə siyasi-hüquqi qiymət verilməsi yönündə gedən proseslər davamlıdır

«Beynəlxalq müstəvidə Xocalı faciəsinin soyqırım aktı kimi tanınması, Qarabağ hadisələrinə siyasi-hüquqi qiymət verilməsi yönündə gedən proseslər davamlıdır. Yəni, söhbət ümumilikdə Qarabağ həqiqətlərinin dünya ölkələri və onların parlamentləri, müvafiq beynəlxalq təşkilatlar tərəfindən qəbul olunması, dəyənləndirilməsi və müvafiq sənədlərdə əksini tapmasından gedir». Bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, dövlətimiz bu yöndəki işini bütün istiqamətlərdə davam etdirir. Onun sözlərinə görə, bir sıra parlamentlərdə də müvafiq işlər aparılır.

«Bilirik ki, belə sənədlər bir qayda olaraq parlamentlərdə qəbul olunur və biz də dostluq qrupları vasitəsilə, həmçinin, fərdi münasibətlərimizdə bütün məsələlərə hər zaman dəstək axtarırıq, bunun üçün ardıcıl işləyirik. Artıq bu günə qədərki fəaliyyət də müəyyən nəticə verib, bir sıra dövlətlər və onların parlamentləri tərəfindən müvafiq addımlar atılıb, sənədlər qəbul edilib. Hazırda bir çox parlamentlərdə bu istiqamətdə işlər gedir. Dostluq qrupları çox fəal şəkildə işləyirlər. Orada olan - Azərbaycan həqiqətlərini bilən, beynəlxalq hüququn prinsiplərini dəyərləndirən insanlar belə təşəbbüslərlə çıxış edirlər və yəqin ki, bunun nəticələrini də qarşıdakı zamanda görəcəyik»- deyə, vitse-spiker vurğulayıb. 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993