“ABŞ heç bir güclü dövlətə real təsir etmək iqtidarında deyil”

“ABŞ heç bir güclü dövlətə real təsir etmək iqtidarında deyil. Biz dünyada baş verən bir sıra olaylar zamanı gördük ki, ABŞ hətta təsir etsə belə, bütün bunlar effekt vermir. Çünki atılan bütün addımlar yalnız ABŞ-ın maraqlarına xidmət edir”. Bu fikirləri millət vəkili Astan Şahverdiyev bildirib.

Fevralın 12-də ABŞ Konqresində Azərbaycanla bağlı keçiriləcək dinləmələrin əsl mahiyyətindən danışan millət vəkili qeyd edib ki, Azərbaycan, bizim dövlətimiz möhkəm sütunlar, sağlam ideologiya üzərində qurulub: “Heç bir dövlətdən də siyasi, iqtisadi və hər hansı bir asılılığımız yoxdur. Biz ABŞ-ın daxili işlərinə qarışmadığımız kimi, ABŞ da bizim dövlətçiliyimizə hörmətlə yanaşıb daxili işlərimizə qarışmamalıdır. ABŞ öz problemlərini həll etmək üçün çalışmalıdır. Ancaq biz görürük ki, bu dövlətin dünyaya təlqin etdiyi siyasət xalqlara yalnız bəlalar və fəlakətlər gətirir. Eləcə də ABŞ konqresində Azərbaycanla bağlı hər hansı bir məsələnin müzakirəyə çıxarılması da ciddi bir amil deyil. Bizim öz qanunverici orqanımız var, lazım olsa, bu orqanlarda istənilən məsələ müzakirə olunar. Sadəcə müştəbehlik etməsinlər. ABŞ böyük dövlətdir, ancaq bu tip addımlarla özünü çox cılız və qeyri-ciddi görkəmə salır”.

Millət vəkili A.Şahverdiyev onu da əlavə edib ki, bu il Azərbaycanda seçki ilidir, ona görə də ölkəmizə qarşı qeyri-obyektiv, qərəzli yanaşmalar hələ bundan sonra da çox olacaq.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993