BMT-nin Məcburi Köçkünlər üzrə Komissiyası gələn ildən fəaliyyətə başlayacaq

BMT-nin Məcburi Köçkünlər üzrə Yüksək Səviyyəli Komissiyası 2020-ci ilin əvvəlindən işə başlayacaq. Bunu oktyabrın 24-də keçirdiyi brifinqdə BMT Baş katibinin rəsmi nümayəndəsi Farhan Hak bəyan edib. O deyib: “BMT-nin Baş katibi Məcburi Köçkünlər üzrə Yüksək Səviyyəli Komissiyanın yarandığnı elan edib”.

Onun sözlərinə görə, Komissiya məcburi köçkünlərlə bağlı problemlərin həlli yollarını axtaracaq. “Komissiyanın işi məcburi köçkünlüyə məruz qalan milyonlarla insanın vəziyyətini yüngülləşdirməyə yönəldiləcəkdir”, - deyə F.Hak qeyd edib.

O bildirib ki, Komissiya məcburi köçkünlərə dəstək məsələsinə dünya ictimaiyyətinin diqqətini artıracaq, BMT-nin üzv-dövlətləri, BMT sistemi və digər müvafiq dairələr üçün tövsiyələr hazırlayacaq. F.Hak deyib: “Baş katib tezliklə Komissiyanın tərkibini də elan edəcək.  O ümidvardır ki, Komissiya 2020-ci ilin əvvəllərində müzakirələrə başlayacaq və ilk toplantıdan sonrakı bir il ərzində tövsiyələrin hazırlayacaqdır”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993