Bir qrup gəncin könüllülük fəaliyyəti uğurla başa çatıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iki aylıq könüllülük fəaliyyətini başa çatdıran daha bir qrup gəncə müvafiq sertifikat təqdim olunub.

Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsasının məhz Ümummilli Lider Hey­dər Əliyev tərəfindən qoyulduğunu bildirən Dövlət Komitəsinin mətbu orqanı olan "Vətən səsi" qəzetinin baş redaktoru Elşən Əliyev qeyd edib ki, hazırda da bu idoelogiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Respublika ərazisində keçirilən bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərə də yer ayrıldığını vurğulayan Elşən Əliyev bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də gənc könüllülərə dəstək verir.

"Komitədə indiyə kimi könüllü gənclərin iki qrupunun fəaliyyətii qiymətləndirilib və onlara sertifikat verilib. Bu gün daha 6 gənc könüllü fəaliyyətini başa çatdırır. İki ay ərzində onlar Dövlət Komitəsinin strukturlarının içində iştirak edib, təcrübə qazanıblar. Bu, gənclərə gələcək karyeralarında çox kömək edəcək ", -  deyə E.Əliyev bildirib.

Tədbirdə çıxış edən könüllülər gənclərin hərtərəfli inkişafına dövlət qayğısını yüksək dəyərləndirib, Komitədə onlara yaradılan şəraitə və göstərilən etimada gö-rə minnətdarlıq bildirib, burada qazandıqları təcrübənin böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonda könüllü gənclərə sertifikat təqdim edilib, xatirə şəkli çəkdirilib.

Dövlət Komitəsində könüllülər üçün təcrübə proqramı davamlı xarakter daşıyır. Hazırda Komitə­də 15 nəfər gənc könüllü fəaliyyət göstərir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993