“Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək“ ictimai birliyinin təqdimatı olub

Oktyabrın 30-da Ədliyyə Nazirliyində yeni qeydiyyatdan keçmiş “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” ictimai birliyinin təqdimatı olub. Tədbir Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon şöbəsinin öfisində keçirilib.

Yeni yaranan təşkilatın məqsədi məcburi köçkün şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının problemlərini araşdıraraq onların həllinə dəstək verməkdir. İctimai birliyin sədri, Qarabağ müharibəsi veteranı Əbil Zeynalov təqdimat mərasimində təşkilatın məqsəd və məramından danışıb. Ölkəmizdə məcburi köçkünlərə, o cümlədən bu kateqoriyadan olan müharibə veteranlarına hərtərəfli qayğı göstərildiyi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial islahatlar bu qəbldən olan insanların maddi rifahının yaxşılaşmasına böyük təsir göstərir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müharibə veteranlarına diqqət və qayğısı dərin minnətdarlıq hissi doğurur. Məcburi köçkün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində xüsusi həssaslıqla yanaşılır, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür.

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, “Qarabağ Əlillərinə Qayğı” ictimai birliyinin sədri Firidun Məmmədov, “Qarabağ Qaziləri“ İctimai birliyinin nəzarət-təftiş komissiyasının üzvü, Qarabağ qazisi Rafiq Kərimov, Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri Şamil Sabiroğlu, Aprel qazisi, yeni yaranan təşkilatın idarə heyətinin üzvü Əhliyət Mehdiyev çıxış edərək təşkilatın yaranmasının zərurətindən söz açıb, yeni təşkilata işlərində uğurlar arzulayıblar. Çıxış edənlər bildiriblər ki, Azərbaycanda müharibə ilə bağlı xeyli sayda təşkilat var. Onların içərisində yaxşı fəaliyyət göstərəni də, fəaliyyətsiz olanı da var. Yeni təşkilat məcburi köçkün, şəhid ailə­ləri və müharibə veteranlarının prob­lemlərinin çözülməsi istiqamətində səmərəli fəaliyyət göstərəcəyinə inam ifadə edilib.

İctimai birliyin sədri, Əbil Zey­­nalov qarşıya qoyduqları məqsədə çatmaq üçün əllərindən gələni edəcəklərini bildirib. O, qeyd edib ki, hazırda ofisi Qara­dağ rayonundakı “Qobu Park” yaşayış komp­lek­sində yerləşən təşkilatın Azər­baycanın köçkün qəsəbəsi olan bütün bölgələrində filiallarının ya­ra­dılması nəzərdə tutulur.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993