Tarixdə “qədim erməni dövləti” olmayıb

Türk-Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq ideyası ilə beyni zəhərlənmiş ermənilər özlərinin dövlətçilik tarixini ən qədim zamanlara aparıb çıxarmaq üçün hər cür saxtakarlığa əl atırlar. Lakin tarixi mənbələr heç vaxt qədim Ermənistan dövlətinin olmadığını sübut edir. Siyasi elmlər üzrə fəlsəfə doktoru, tanınmış politoloq Elşad Mirbəşiroğlu bununla bağlı tutarlı dəlillər gətirir. 

O qeyd edir ki, məşhur yunan alimi Strabonun məlumatlarına görə, Türkiyə ərazisində Van gölü ətrafında qədim zamanlar “Armeniya” adlı coğrafi anlayış kimi kiçik bir ərazi olub. Burada müxtəlif dillərdə, o cümlədən, türk dillərində danışan əhali ilə birlikdə “hay”lar da (indiki ermənilər) yaşayıblar. Sələvki hökmdarı III Antioxin (e.ə.220-180) vəfatından sonra onun iki sərkərdəsi “hay” etnik qruplarından olan Artaksi və Zaridar xəyanətkarlıq edərək Cənubi Azərbaycan və Gürcüstan torpaqlarının bir hissəsini işğal etsələr də, Azərbay­can hökmdarları tezliklə öz torpaqlarını geri qaytardılar.

Ermənilərin torpaq iddialarını qanuniləşdirməyə çalışan müəlliflər iddia edirlər ki, guya eramızdan əvvəl I əsrdə Armeniya hökmdarı II Tiqran (e.ə.95-55) indiki Qarabağı (Qədim Arsax və Uti) tutub Armeniyaya qatıb. Lakin tarixi qaynaqlarda bu barədə heç bir məlumat və mənbə yoxdur. Əksinə, tarixi mənbələrdə II Tiqranın yürüşlərinin Roma dövlətinin hakimiyyətinə daxil olan Aralıq dənizi istiqamətində yerləşən torpaqlara yönəlməsi göstərilir. Lakin tezliklə Roma ordusu tərəfindən II Tiqran məğlubiyyətə uğradılıb, e.ə.66-cı ildə bağlanmış müqaviləyə görə, Armeniya adlanan hakimiyyət ləğv olunub, II Tiqran əsir kimi Romaya aparılıb. Haylar (indiki ermənilər) ərazilərində yaşadıqları dövlətə, böyük millətlərə xəyanətkarlıq etdiklərinə görə, həmin illərdə romalılar tərəfindən ayrı-ayrı ərazilərə deportasiya olunub, onun şovinist rəhbərləri süni dövlət yaratmaq imkanlarından məhrum ediliblər. Ümumiyyətlə, haylar vaxtaşırı sığınacaq tapdıqları dövlətlərə və millətlərə xəyanətkarlıq edib, milli ədavət saldıqlarından, süni dövlət yaratmağa cəhd etdiklərindən həmin dövlətlər tərəfindən deportasiya edilərək, dünyanın bir çox yerlərinə yayılıblar.

Bir sözlə, tarixi qaynaqlarla sübut olunur ki, XVI əsrə qədər haylar (indiki ermənilər) birləşib öz şovinist-millətçi niyyətlərini həyata keçirmək imkanı əldə edə bilməyiblər, çünki heç vaxt onların vətəni olmayıb. Qul titulu almış bu millət yer kürəsinin ayrı-ayrı ərazilərinə səpələnib və həmin ərazilərdə də milli ədavət toxumu səpərək, bəşəriyyətə yönələn cinayətlər işləyib həyata keçiriblər. Bu cinayət əməllərinə görə ayrı-ayrı dövrlərdə cəzalandırılsalar da, tarixi unutqanlıqdanmı, ermənilərin yaltaqlıq, süni cildlərə girib özlərini vətənsiz, yazıq millət kimi göstərmələrindənmi onlara yenidən meydan verilib. Tarixin ibrət dərslərindən nəticə çıxarmayan bu millət sonradan əlverişli məqam düşəndə öz çirkin niyyətlərini, xəyanətkarlıqlarını və erməniyə xas olan cinayətlərini davam etdirsə də, bu əməllərinin dəfələrlə acı nəticələrini dadıb.

Həmin dövrlərdən başlayaraq, haylar (ermənilər) əsasən Türkiyə, daha sonra İran ərazisində məskunlaşıb, qalan hissəsi isə Yaxın Şərq və Qərb ölkələrinə səpələnib. Türklərin ədalətli və humanist mövqelərindən istifadə edən ermənilər yenidən dünyanın ayrı-ayrı yerlərindən bu ölkəyə üz tutmağa başlayıb, sənətkarlıqla, ticarət işləri ilə məşğul olub, özlərini sadiq nökərlər kimi göstərərək, məkrli məqsədlərini həyata keçirmək üçün əlverişli tarixi şərait gözləməyə başlayıblar. Erməni kilsələri, din xadimləri bu sahədə böyük rol oynayıb, bu millətin beynini zəhərləyiblər. XVI əsrdən başlayaraq, onlar ermənilərin torpaq iddialarını həyata keçirmək üçün yığıncaqlar keçirib, təbliğata başlayıblar. Onu da qeyd edək ki, ermənilər İrəvanda, Göyçədə, Zəngəzurda, Şəmsəddində, Qarabağda özlərinə yer etdikdən sonra bu torpaqların qədim sakinlərini öz dədə-baba yurdlarından didərgin salmaq üçün fitnə-fəsadlar, faciələr, soyqırımı törədiblər.

“Böyük Ermənistan” ideyasının ifşasında ölkəmizin gənc alim və tədqiqatçılarının səmərəli fəaliyyəti təqdirəlayiqdir. Onlar müasir elmi-metodoloji nailiyyətləri dərindən mənimsəməklə erməni təbliğatına qarşı kəsərli ideoloji mübarizəyə qoşulur, tarixi saxtalaşdıranlara təkzibolunmaz sübutlarla tutarlı cavablar verirlər. Onların tədqiqatlarının nəticələri Azərbaycanın böyüməkdə olan nəsilləri üçün şox dəyərli bilik və məlumat mənbəyidir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993