Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əhəmiyyətli nəticələr əldə etmək vacibdir

ATƏT məkanında həll edilməyən münaqişələr regionun təhlükəsizliyinə təhdiddir

ATƏT məkanında münaqişələr regionun sabitliyinə və təhlükəsizliyinə təhdiddir, onların sülh yolu ilə həll edilməsi üçün bütün səyləri göstərmək lazımdır.

Bunu Bazeldə ATƏT-in üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib. Onun sözlərinə əsasən, bu, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsinə, Gürcüstan, Moldova və Ukraynadakı münaqişələrə aiddir. Ukrayna böhranına gəlincə, F.Moqerini qeyd edib ki, onun nizamlanması üçün hər hansı yeni prinsiplər hazırlamağa ehtiyac yoxdur: "Bu böhran mövcud prinsiplər çərçivəsində nizamlanmalıdır". Xanım Moqerini Ukraynada münaqişənin bütün tərəflərini Minskdə əldə edilmiş razılaşmalara hökmən riayət etməyə çağırıb. Onun sözlərinə görə, bu razılaşmalar münaqişənin həlli üçün ən yaxşı yanaşmadır.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993