Vətəndaşların qəbulunda yenilik tətbiq edilir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların müraciətlərinin, ərizə və şikayətlərinin araşdırılmasını, həmçinin onların komitənin vəzifəli şəxslərinin qəbuluna yazılmasını asanlaşdırmaq, bu zaman çevikliyi və operativliyi təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Bu barədə Dövlət Komitəsinin Ümumi şöbəsi müdirinin müavini Muxtar Əsgərov məlumat verib. O, qeyd edib ki, komitənin qəbul şöbəsinin müasir standartlara uyğun şəkildə yenidən qurulması başa çatdırılıb.

Vətəndaşların müraciətləri nəzərə alınaraq qəbul şöbəsində ən çox müraciət edilən sahələr üzrə 6 pəncərə yaradılıb. Müvafiq şöbələrin əməkdaşları həftənin 5 iş günü iş saatı çərçivəsində məcburi köçkünləri növbəlilik əsasında qəbul edir və müraciətlərini dinləyirlər. Müraciətlərin qeydə alınması və operativ cavablandırılması üçün qəbul şöbəsi zəruri texniki avadanlıqlar və rabitə vasitələri ilə təchiz edilib.

Onu da qeyd edək ki, Dövlət Komitə­sində vətəndaşların sədr, sədr müavinləri, şöbə və departament rəhbərləri tərəfindən qəbulu növbəlilik prinsipi əsasında, əvvəlcədən qəbula yazılmaqla aparılır. Vətəndaşlar hər həftənin cərşənbə axşamı günü Dövlət Komitəsinin sədri tərəfindən fərdi qaydada qəbul edilirlər.

Qeyd edək ki, asan qəbul formasının tətbiq edilməsi Dövlət Komitəsinə müraciətlərin sayının azalmasına, eyni zamanda ərizə və şikayətlərin qısa zamanda araşdırılaraq məcburi köçkünə məlumat verilməsinə səbəb olub.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993