Könüllülərimiz də “köçkünlərləbərabərik” dedilər

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi “Köçkünlərlə bərabərik” adlı aksiya davam edir. Aksiyaya könüllülük proqramı çərçivəsində komitədə təcrübə keçən gənclər də qoşularaq həmrəylik nümayiş etdiriblər.

Dövlət Komitəsində könüllülərlə görüş zamanı bildirilib ki, Azərbaycanda 2012-ci ildən başlanılan könüllülük hərəkatı dövlət gənclər siyasətinin bariz nəticələrindən biridir. Ölkə başçısının tövsiyəsinə uyğun olaraq, cəlb edilən könüllülər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində təcrübə keçir və bu proses hazırda da davam edir. Bunun üçün komitənin mərkəzi aparatında və struktur bölmələrində uyğun şərait yaradılıb. Könüllülərə fəal olmaq tövsiyə edilib və bildirilib ki, təcrübə müddətində əldə etdikləri bilik və bacarıq­ları onların ixtisaslı kadr kimi formalaşmasına töhfə olacaq. Həmçinin qeyd edək ki, Dövlət Komitəsi könüllülük proq­ramına start verdiyi gündən etibarən 70-dən çox müraciət daxil olub. Hazırda Dövlət Komitəsinin mərkəzi aparatında 10-dan çox könüllü təcrübə keçir. Könüllülərdən iki nəfəri ikiaylıq müddəti uğurla başa vurduqlarına görə, Dövlət Komitəsi tərəfindən onlara sertifikat verilib. 

Qeyd edək ki, Dövlət Komitəsinin Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar başladığı “köçkünlərləbərabərik” virtual həmrəylik aksiyasının keçirilməsində məqsəd qaçqınlara və məcburi köçkünlərə ictimai-mənəvi dəstəyi artırmaq, cəmiyyətin uzun illərdir, doğma yurd-yuvasından didərgin düşən insanlarla birlik və həmrəyliyini nümayiş etdirməkdir. Aksiyada iştirak edənlər arasında ölkəmizin tanınmış dövlət və siyasət adamları, ictimai fəallar və incəsənət ustaları, adlı-sanlı idmançılar, həmçinin xarici diplomatlar və paytaxtımızın nüfuzlu qonaqları var. İndiyədək 300-dən çox adam Dövlət Komitəsinin bu aksiya üçün məxsusi hazırlatdığı, üzərinə azərbaycanca və ingiliscə “köçkünlərlə bərabərik” sözləri yazılmış çərçivə ilə çəkdirdikləri və ya “Facebook”un təklif etdiyi çərçivədə yerləşdirdikləri fotoşəkli eyniadlı həştəqlərlə özlərinin sosial şəbəkə hesablarında paylaşıb.

Xatırladaq ki, ictimaiyyətin məcburi köçkünlərlə həmrəyliyini nümayiş etdirmək məqəsdilə keçirilən aksiyaya 20 İyun Ümumdünya Qaçqınlar günündə start verilib. 

Orxan ASLAN

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993