Yüngül atletika birinciliyi keçirilib

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayonundakı nümayəndəliyi ilə birgə rayon ərazisində müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkün gənclər arasında yüngül atletika üzrə  yarış keçirilib. 

BMT QAK-ın elan etdiyi  “Qaçqınlarla bir addım ataq” devizi altında davam edən  “Qaçqınlarla” kampaniyası çərçivəsində təşkil edilmiş tədbiri  giriş sözü ilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açıb. O, keçirilən tədbirin məqsədi və əhəmiyyəti barədə geniş məlumat verib. Tədbirdə həmçinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayonundakı nümayəndəsi Tahir Əliyev çıxış edərək bildirib ki, ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir. Bu sahədə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasəti qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini xeyli yüksəldib. Bu qəbildən olan insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilir, qəsəbələr salınır, yeni iş yerləri yaradılır və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq qərarlar qəbul olunur.

Gərgin mübarizə şəraitində keçən birincilikdə Seymur Qasımov birinci yerə, Elgün Əliyev ikinci yerə, Məftun Salmanov isə üçüncü yerə çıxıblar. Qaliblər diplom və medal ilə təltif olunublar.

Orxan ASLANLI

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993