Məcburi köçkünlərə ictimai-mənəvi dəstək

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Ümümdünya Qaçqınlar Günü ilə əlaqədar bu il iyunun 20-də başladığı “Köçkünlərlə bərabərik” həmrəylik aksiyası davam edir.

Aksiyanın keçirilməsində məqsəd qaçqınlara və məcburi köçkünlərə ictimai-mənəvi dəstəyi artırmaq, cəmiyyətin uzun illərdir doğma yurd-yuvasından didərgin düşən insanlarla birlik və həmrəyliyini nümayiş etdirməkdir.

Aksiyada iştirak edənlər arasında ölkəmizin tanınmış dövlət və siyasət adamları, ictimai fəallar və incəsənət ustaları, adlı-sanlı idmançılar, həmçinin xarici diplomatlar və paytaxtımızın nüfuzlu qonaqları vardır. İndiyədək 200-dən çox adam Dövlət Komitəsinin bu aksiya üçün məxsusi hazırlatdığı, üzərinə azərbaycanca və ingiliscə “köçkünlərləbərabərik” sözləri yazılmış çərçivə ilə çəkdirdikləri və ya “Facebook”un təklif etdiyi çərçivədə yerləşdirdikləri fotoşəkli eyniadlı həştəqlərlə özlərinin sosial şəbəkə hesablarında paylaşıb.

Aksiyaya fərdi və ya kollektiv qaydada qoşulmaq istəyənlər xüsusi çərçivə ilə fotoşəkil çəkdirmək üçün Dövlət Komitəsinin Mətbuat xidmətinə müraciət edə bilərlər (telefon nömrəsi 012 530-82-37).

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993