İrəvanda mitinq…

Ermənilər bu dəfə insan haqlarının bərpasını tələb etdi

İrəvanın Azadlıq meydanında Beynəlxalq insan haqları müdafiə gününə həsr olunan mitinq keçirilib. Ermənistan KİV-nə istinadən verilən xəbərdə bildirilir ki, Erməni Milli Konqresinin təşkil etdiyi aksiyaya “Çiçəklənən Ermənistan” və “İrs” partiyaları da qoşulublar. Adları çəkilən siyasi təşkilatların liderləri də mitinqdə iştirak ediblər. BMT Baş Assambleyasının 1950-ci il dekabrın 4-də qəbul etdiyi qərara görə, hər il dekabrın 10-u Beynəlxalq insan haqlarının müdafiəsi günü kimi qeyd edilir. 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993