Kürdəmirdə məcburi köçkünlər üçün yeni yaşayış kompleksi inşa olunur

Məcburi köçkünlərə qayğı, onların mənzil-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılması bu gün dövlət siyasətinin təməl prinsiplərindəndir. Təsadüfi deyil ki, bu istiqamətdə Bakıda, eləcə də digər şəhər və rayonlarımızda ardıcıl tədbirlər görülür. Hazırda Kürdəmir rayonunda inşasına başlanan yeni yaşayış kompleksi də bu qayğının parlaq nəticəsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmir rayonunda məskunlaşan məcburi köçkün ailələri üçün “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilən “Əlavələr”in icrası ilə əlaqədar Xırdapay kəndinin ərazisində 563 məcburi köçkün ailəsi üçün 17 ədəd dördmərtəbəli yaşayış binasının inşasına başlanılıb. Burada, habelə 452 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, icma-klub, inzibati bina, həkim məntəqəsi və ATS binası da tikiləcək.

Yeni yaşayış kompleksinin inşasının bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993