Azərbaycanın və Ermənistanın XİN başçılarının görüşü gözlənilir

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin yaxın bir neçə həftədə görüşü ola bilər. Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. O deyibki, hərbi əməliyyat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində səylərdə məyusluq yarada bilər: "İl ərzində biz bir neçə dəfə onun şahidi olduqki, təmas xəttində ki istənilən zorakılıq destabilizasiya yaradır və bu, tərəflər arasında təhlükəli eskalasiyaya gətirib çıxara bilər. Biz tərəflərin fikirlərini eşitmək üçün regiona müntəzəm səfərlər edirik. C.Uorlik həmsədrlərin regiona növbəti səfərinin tarixinin dəqiqləşdirilmədiyini söyləyib. O ümidvar olduğunu vurğulayıb ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri irəliləyiş yollarını müzakirə etmək üçün görüşəcəklər. Həmçinin prezidentlər 2014-cü ilin oktyabrında Paris sammitində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklər və dialoqu davam etdirəcəklər. Münaqişənin həlli danışıqlar yolu ilə, siyasi iradə nümayiş etdirməklə mümkündür.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993